Məşhur türkiyəli yutuber Azərbaycanda gerçək sevgi axtarışına çıxdı - VİDEO

Məşhur türkiyəli yutuber Azərbaycanda gerçək sevgi axtarışına çıxdı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Məşhur Türkiyəli yutuber Ruhi Çenet gerçək sevginin necə hiss etdirdiyi ilə bağlı suallarına cavab tapmaq, qısacası sevginin izi ilə Azərbaycana gəlib.

A24.Az xəbər verir ki, 2,5 milyon izləyicisi olan Çenet bu müşahidəsini video halında hazırlayaraq öz səhifəsinə yerləşdirib.

Ruhi Çenet Şəkidə yaşayan dostunun toyuna dəvət alıb. Toyda iştirak etmək üçün əvvəlcə Bakıdakı dostlarının evində yerləşib, daha sonra 4 saatlıq Şəki yolçuluğuna başlayıb.

Məşhur yutuber Azərbaycanda 1 deyil 2 dostunun xeyir işinə şahidlik edib. Belə ki, dostlarından biri öz sevgilisinə evlənmə təklif edib. Gördüyü anlardan duyğulanan Ruhi, gerçək sevgini, insana yaşatdığı duyğuları tapmaq həvəsi ilə səyahətini davam etdirib.

Ruhi Çenetin Azərbaycandan hazırladığı həmin videonu sizə təqdim edirik:

Nərmin Kərim, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Maraqlı, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar