Məşhur yerli caz ifaçıları konsert verir

Fevralın 16-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək.

Sarayın mətbuat xidmətindən A24.Az -a bildirilib ki, “jAzzeri Bands” caz musiqisi axşamında Əməkdar İncəsənət xadimləri Cavan Zeynallı və Cəmil Əmirov, Xalq Artisti Ənvər Sadıqov, Əməkdar artistlər Akif Süleymanbəyli və Emil Əfrasiyab, ifaçılar Təranə Mahmudova, Teymur Süleymanbəyli (saksafon), “Rast” və “Qaya” qrupları çıxış edəcək.

Caz ifaçıları konsertdə yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndirəcəklər.

Biletləri “iTicket.az” saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR