Məşhurlar öz “Oskar”larını harada saxlayırlar? - Gizli araşdırma - FOTOLAR

Məşhurlar öz “Oskar”larını harada saxlayırlar? – Gizli araşdırma – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Fevralın 26-da Los-Ancelesdə 89-cu “Oskar” mükafatlandırma mərasimi baş tutacaq.

A24.Az portalı buro247.az-a istinadən aktyorların öz heykəlciklərini harada saxladıqlarını təqdim edir:

Ötən il “Sağ qalmış” filmindəki roluna görə “Ən yaxşı kişi rolu” nominasiyasında “Oskar” mükafatı qazanan Leonardo di Kapriodan başlayaq. Hollivudun ən yaraşıqlı aktyoru həyatındakı ilk “Oskar”ı mərasimdən sonra keçirilən tədbirdə unudub. Bir neçə saat sonra o, mükafatın dalınca gəlib və hazırda heykəlcik Di Kaprionun evinin qonaq otağındadır.

Məşhurlar öz “Oskar”larını harada saxlayırlar?

Aktyor Rassel Krou “Oskar”a “Qladiator” filmindəki roluna görə layi görülüb. Krou bildirir ki, mükafat onun Avstraliyadakı fermasında toyuq hinindədir. “Mən hesab edirəm ki, məhz ona görə toyuqlarım daha tez-tez yumurta qoyurlar”, – deyə aktyor bildirib.

Məşhurlar öz “Oskar”larını harada saxlayırlar?
Aktrisa Riz Uizerspun ilk “Oskar”ını 2006-cı ildə “Həddi aşmaq” filminə görə alıb. Aktrisa bir neçə dəfə bildirib ki, ondan qapı dəstəyi etmək istəyirdi, ancaq heykəlciyin möhkəm olmamasına görə bu fikirdən daşınıb. Uizerspun tez-tez öz mükafatı üçün yeni qeyri-adi məkanlar fikirləşir. Məsələn, heykəlciyi şampan üçün buzun saxlanıldığı vedrəyə qoyur.

Məşhurlar öz “Oskar”larını harada saxlayırlar?
Aktrisa Keyt Uinslet 2009-cu ildə “Qiraətçi” filminə görə “Oskar” qazanıb. Heykəlcik onun evində – qonaqlar üçün vanna otağında saxlanılır.

Məşhurlar öz “Oskar”larını harada saxlayırlar?

“Thirty Seconds to Mars” qrupunun vokalçısı və aktyor Cared Leto “Oskar” mükafatına 2014-cü ildə “Dallas alıcılar klubu” dramındakı roluna görə layiq görülüb. Mərasimdən sonra o, təsadüfən heykəlciyi sındırıb, ancaq daha sonra onu əvvəlki vəziyyətinə qaytara bilib. İndi “Oskar” heykəlciyi Caredin evinin mətbəxindədir.

Məşhurlar öz “Oskar”larını harada saxlayırlar?

Bütün nominantlar arasında yeganə aktyor Tom Henksdir ki, “Oskar” heykəlciyini futbol mükafatları ilə bir sıraya qoyub.

Məşhurlar öz “Oskar”larını harada saxlayırlar?

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Araşdırma, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar