Metro istifadəçilərinə şad xəbər

Metro istifadəçilərinə şad xəbər
Want create site? Find Free WordPress Themes and plugins.

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov “Transmaşholdinq” QSC-nin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

A24.Az-ın xəbərinə görə,  görüşdə “Transmaşholdinq” QSC-nin direktoru Kiril Lipa, müəssisənin direktorlar şurasının sədri Andrey Andreyev, biznesin inkişafı üzrə kommersiya direktoru Andrey Vasilyev və “Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan “Metrovaqonmaş” ASC-nin baş direktoru Boris Boqatıryov iştirak edib.

Səfər çərçivəsində əməkdaşlığın geniş perspektivləri, fikir və təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb. Qeyd edək ki, “Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan “Metrovaqonmaş” ASC ilə metro vaqonlarının və vaqon komplektlərinin təchizatı haqqında müqavilə imzalanması nəzərdə tutulub. İmzalanması nəzərdə tutulan müqaviləyə əsasən, istehsalçı müəssisə Bakı metropolitenini yeni nəsil 81-765/766/767 seriyalı qatarlar ilə təchiz edəcək.

Bu vaqonlar texnologiyaların ən son nailiyyətləri ilə təchiz olunmaqla, müasir tələblərə cavab verir. Ən yüksək təhlükəsizlik tələblərinə cavab verən vaqonlar paslanmayan poladdan istehsal ediləcək. Asinxron dartı mühərriki ilə təchiz olunan qatarlarda yeni nəsil kompüter texnologiyalarına söykənən idarəetmə sistemləri tətbiq edilib. Həmçinin əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarlarda tətbiq olunan texnologiyalar sayəsində elektrik enerjisinə 30 faiz qənaət olunacaq.

Müqaviləyə əsasən, istehsal olunacaq qatarlar həmin analoqları ilə müqayisədə daha təkmilləşdirilmiş olacaq. Sərnişin rahatlığı və təhlükəsizliyinin müasir tələblərinə cavab verəcək səs-küysüz, kondisionerləşdirilmiş və mikroiqlim nəzarəti olan vaqonlar geniş qapı keçidi ilə seçiləcək. Əgər əvvəlki modellərdə qapı keçidləri 1250 mm idisə, yenilərində 1400 mm olacaq.

Bu isə sərnişinlərin qatara daha rahat minib-düşməsinə, qatarların stansiyalarda yubanmasının qarşısının alınmasına təsir edəcək. Vaqonların sahəsi əvvəlki modellərdən fərqli olaraq 15 faiz genişləndirilib və döşəməsi yeni kompozit materiallardan hazırlanır. Daha etibarlı və uzunömürlü işıqdiodlu işıqlanma sistemi həm də salonun mikroiqlim şəraitinə də uyğunlaşdırılır. Sərnişin informasiya sistemləri, həmçinin müasir elektron və interaktiv elementləri, eləcə də oturacaqları və tutacaqları da əvvəlkilərlə müqayisədə daha təkmilləşdirilərək, sərnişin rahatlığı baxımından yeniliklərlə zənginləşdirilib.

 

A24.Az

 

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar