Metroda HADİSƏ: Nasazlıq yarandı

Metroda HADİSƏ: Nasazlıq yarandı
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda metroda qatarda texniki nasazlıq yaranıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun A24.Az-a verdiyi məlumata görə, hadisə bu gün saat 19:30 radələrində metronun “28 May” stansiyasında baş verib.

“İçəri Şəhər”-” Həzi Aslanov” marşrutu üzrə hərəkətdə olan qatar “28 May” stansiyasına daxil olarkən texniki problem yaranıb. Maşinist qatarda vəziyyəti qiymətləndirmək üçün stansiyada 7 dəqiqə gözləməli olub. Nəticədə arxadan gələn “Dərnəgül”-“Həzi Aslanov” istiqamətində hərəkətdə olan qatar “Nizami” stansiyası ilə “28 May” stansiyası arasındakı tuneldə 3 dəqiqə gözləməli olub.

Texniki problem yaranan qatar sərnişinlərlə birlikdə “Nəriman Nərimanov” stansiyasına qədər gələrək sərnişinləri düşürüb, Depoya göndərilib.

B.Məmmədov bildirib ki, hazırda metroda qatarlar normal qrafiklə hərəkətini davam etdirir, intervalda problem yoxdur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar