Metroda uzanan sərxoş sərnişin - VİDEO

Metroda uzanan sərxoş sərnişin – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

A24.Az xəbər verir ki, sərxoş sərnişin qatarın içərisində oturacağın qabağında döşəmədə oturaraq yuxuya gedib. Bu, bir tərəfdən metrodan istifadə qaydalarının kobud şəkildə pozulmasıdırsa, digər tərəfdən sərnişinlərin narahatlığına səbəb olan hadisədir.

Sərxoş şəxsin polis nəzarətindən keçərək qatara necə daxil olması sual doğurur. Məsələ ilə bağlı Bakı Metropoliteninin Mətbuat xidmətindən bildirildi ki, sərxoş şəxslərin metropoliten ərazisində buraxılması qadağandır. Təhlükəsizliyə polis əməkdaşları cavabdeh olduğuna görə bu məsələ onların məsuliyyətindədir. Bakı Metropoliteninin mühafizəsi üzrə polis şöbəsi ilə əlaqə saxlasaq da, qurumdan bununla bağlı məlumat vermədilər.

Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, metroda baş verən bu hadisə nəticəsində digər vətəndaşlara hansısa ciddi zərər dəyməyibsə, bu, yalnız inzibati məsuliyyətə səbəb olur.

Yəqin ki, bundan sonra aidiyyatı qurumlar sərxoş şəxslərin metroya daxil olmasına daha ciddi nəzarət edəcəklər. Çünki sərxoş şəxslərin metroya daxil olandan sonra orda kiməsə zərər vurmaq, eləcə də platformada dayanan şəxslərin həyatında təhlükə yaratmaq ehtimalı çox böyükdür. Adi bir nəzarətsizlik hansısa sərnişinin həyatı bahasına başa gələ bilər. (Xəzər Xəbər)

https://www.youtube.com/watch?v=5aTlWPZmKKo&feature=youtu.be

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar