Metronu da yağış suyu basdı – VİDEO

Metronu da yağış suyu basdı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Səhər saatlarından Bakıya yağan güclü yağış ciddi problemlər yaradıb.

“A24.az” bildirir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, suyun səviyyəsinin 10-15 sm qalxması nəticəsində “Memar Əcəmi” metro stansiyasının yeraltı keçidini su basıb.

“Metropoliten və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə səyləri nəticəsində problem qısa müddətdə aradan qaldırılıb”, – deyə o bildirib.

B.Məmmədov bildirib ki, yeraltı keçidin su basması metronun işinə təsir etməyib.

Qeyd edək ki, bu gün Bakıda müşahidə olunan güclü leysan yağışları paytaxtda müxtəlif fəsadlara səbəb olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar