Meyxanaçı Samirə: "Elarizi ilk dəfə müğənni kimi konsertə mən aparmışam... Manaf nəinki saçını rəngləyir..."- MÜSAHİBƏ

Meyxanaçı Samirə: “Elarizi ilk dəfə müğənni kimi konsertə mən aparmışam… Manaf nəinki saçını rəngləyir…”- MÜSAHİBƏ
Want create site? Find Free WordPress Themes and plugins.

Bu günlərdə daha çox meyxanaçı kimi tanınan əslində isə müğənni olduğunu deyən Samirə Yusifqızı Simsar.az saytının qonağı olub.

A24.az sizə həmin müsahibəni təqdim edir:

-Toylara gedirsiniz?

-Bəli, amma çalışıram ki, meyxanaçı kimi getməyim. Bəzən toyda deyirlər ki, oxumağın daha gözəldir. Milətimiz sağ olsun çörək verir, yoxsa nə edərdik.

– Bu sənətə kimlərlə başlamısınız?

-Kimlərlə oxumamışam ki?…Əlikram Bayramov oxumağı məndən öyrənib. Kərim, Abbas Bağırov mənim yanınmda başlayıb oxumağa.  Nadir Bayramlı, Səyyad Əlizadə, ilə bir işləmişik.

-Harda işləmisiniz?

-Şadlıq evlərində. Elarizi ilk dəfə oxuyan kimi mən aparmışam konsertə. Gitara çalırdı, onu ilk dəfə qadın kalonuna müğənni kimi mən apardım. Rəhmətlik Məmmədbağır Bağırzadə, Elçin Cəlilovla bir yerdə oxumuşuq.

-Sizə təklif edilən məclislərə getmədiyiniz üçün sonradan peşman oldunuz?

-Xeyr. Meyxana deməyimə görə peşmanam.

-Kifayət qədər tanınmışların adlarını çəkdiniz. Onlar indi sizə nə yaxşı kömək etmirlər? -Sizlə duet oxumurlar?

-Bir zamanlar keçdi, indi sərf etmir.

-Yəni, necə sərf etmir ki?.

– Onlar daha cavan ,daha gözəl, cazibədar, tez qabağa gedən duet ortaqları axtarırlar. Onlara mən sərf etmərəm.

-Deyirlər, bu peşə çox nankordur

-Bəli. Bu sənət cavanlığı sevir. Baxın ,1997-ci il Manaf Ağayevin saçları ağappaqdır. (telefonunda şəkil göstərir)

-Deyirsiniz ki, indi rəngləyir saçlarını?

-Nəinki saçını rəngləyir, botoksu, mezosu da var. Şəkillərinə baxın da. Nadir Bayramlının saçlarına baxın, necə ağdır. Bu xanım da  Xavər Yusifovadır,  indi mollalıq edir.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes, Müsahibə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar