A24 Xeber

Millətlər Liqasında IV tura start verilir

Millətlər Liqasında IV tura start verilir
334
14 Oktyabr 2018 - 11:42

Bu gün Millətlər Liqasında IV tura start veriləcək.

A24.Az-ın məlumatına görə, ilk oyun günündə 7 görüş keçiriləcək. Gecənin ən maraqla gözlənilən matçlarından biri Rusiya və Türkiyə milliləri arasında oynanılacaq. “Ay-ulduzlular” səfərdə uduzacağı təqdirdə ruslar qrup birinciliyini özləri üçün təmin edəcəklər.

A liqasının 3-cü qrupunda keçiriləcək Polşa – İtaliya matçı da gecənin önəmli oyunlarından biridir. İlk 2 turdan sonra 1 xalla sonuncu pillədə olan italyanları səfərdə qələbədən başqa heç bir nəticə qane etmir. Əks halda onlar üçün də son oyun formal xarakter daşıyacaq.

Millimizin yer aldığı D liqasının 3-cü qrupunda 2 oyun olacaq. Yığmamız evdə Maltanı qonaq edəcək. Lider Kosovo isə səfərdə Farer adaları ilə üz-üzə gələcək.


Millətlər Liqası

A liqası, III qrup, 4-cü tur

14 oktyabr

22:45. Polşa- İtaliya

1.Portuqaliya22004:26
2.Polşa20113:41
3.İtaliya20111:21



B liqası

II qrup

20:00. Rusiya – Türkiyə

1.Rusiya21102:14
2.Türkiyə21014:43
3.İsveç20112:31



C liqası

I qrup

22:45. İsrail – Albaniya

1.Şotlandiya21013:23
2.İsrail21012:23
3.Albaniya21011:23



IV qrup

17:00. Rumıniya – Serbiya

22:45. Litva – Monteneqro


1.Serbiya32105:27
2.Rumıniya31204:35
3.Monteneqro31112:24
4.Litva30001:50



3-cü qrup

20:00. Azərbaycan – Malta

20:00. Farer adaları – Kosovo


1.Kosovo32105:17
2.Azərbaycan31204:15
3.Farer adaları31023:63
4.Malta30123:71
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00