Millət vəkili bacısını belə təbrik etdi - FOTO

Millət vəkili bacısını belə təbrik etdi – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Milli Məclisin deputatatı Qənirə Paşayeva bugün izləyicilərini kövrəldib.

A24.az xəbər verir ki, deputat “Facebook” hesabından ad günü olan bacısını  bu sözlərlə təbrik edib:

” Düz 35 il əvvəl bizim ailəmizə balaca bir qız gəlmişdi. Bu sənin bacındı dedilər. O qədər gözəl idi ki kimsənin ona toxunmasını bele istemirdim. Çünki o menim bacım idi…İllər keçdi bu gün də ona toxunan, onu incidən,üzən sanki məni üzür, məni incidir. Atam ona başqa bir ad qoymuşdu və mən onun adı Kəmalə olsun deyə ağlamağa başladım. Bu cür gözəl qızın adı Kəmalə olmalı idi. O böyüdü və adını doğrultdu. Ailənin sevimlisi oldu. Amma heç birimiz onu qısqanmadıq. Çünki illər keçsə də o bizim üçün ailəmizə ən son qatılan balaca Mələyimiz idi. O harasa gedəndə evimiz sanki bomboş olardı. Rəhmətlik atamın gözü dərhal onu axtarardı. Onu dünyaya gətirdiyi üçün anama bəlkə yüzdəfələrlə təşəkkür etmişəm. Dünyada bacıdan gözəl nə ola bilər… İstanbulda olsa da dərmanlarımı vaxtında içib-içmədiyimlə belə maraqlanan qayğıkeş mələyin bu gün doğum günüdür. Səni bizə göndərən Rəbbimə şükürlər olsun! Nə yaxşı ki bacı adlı Mələk göndərib mənə və biz səni çox sevirik. Allah hər zaman səni qorusun və bütün arzularına çatasan! Danışdığımız kimi sənə gözəl doğum gününü inşallah dövlət və millət olaraq işğaldan azad edəcəyimiz Şuşada qeyd edəcəyik. Sən Şuşanı görməmişdin və hər zaman onun gözəlliyini anladardıq sənə. Mutlu ol gözəl Mələk!
qenire
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar