"Millət vəkili olmaq istəyirəm" - MƏŞHUR MÜĞƏNNİ

“Millət vəkili olmaq istəyirəm” – MƏŞHUR MÜĞƏNNİ
Want create site? Find Free WordPress Themes and plugins.

Yaşadığı sevgi macəraları ilə gündəmdən düşməyən müğənni Sinan Akçıl indi də siyasətə qoşulmaq istəyir.

A24.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Qazientepdə sevənləri ilə görüşən müğənni körpəlikdən musiqiyə marağı olduğunu deyib:” Mən ana bətnindəykən anam Beethoven, Motsart dinləyərmiş, beləliklə, mənim doğulmamışdan musiqi dünyam yaranıb. 5 yaşıda olarkən konservatoriyay qəbul oldum”.

Öz mahnılarını dinləməyi xoşladığını söyləyən müğənni ispan dilini öyrəndiyini də bildirib.

Jurnalistlərlə görüşən pop ifaçı bir neçə ildən sonra millət vəkili olmaq istədiyini də açıqlayıb:

“Siyasəti çox sevirəm. İndi 30 yaşım var. 10-15 ildən sonra millət vəkili olmaq fikrindəyəm. Gecələr siyasi söhbətlərə qulaq asıb yatıram. Uşaqlıqdan bu sahə ilə maraqlanıram. Xüsusən, ölkəmlə bağlı olan siyasi məsələlərin həllində yaxından iştirak etmək istəyirəm”.

Bir müddət əvvəl Türkiyənin baş naziri Binəli Yıldırım ilə şəkil çəkdirib onu sosial mediada yerləşdirən Sinan fotonun altından yazmışdı:

“O, Türkiyə Cümhuriyyətinin baş naziridir və mən onu sevirəm. Allah gözəl ölkəmizi qorusun”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar