Millət vəkili şəhid atasına zəng etdi

Millət vəkili şəhid atasına zəng etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Millət vəkili Qənirə Paşayeva iki gün öncə şəhid olan Tovuz sakini Elvin Əhmədovun atası ilə telefonda danışıb.
A24.Az xəbər verir ki, millət vəkili İtaliyada olduğunundan şəhidin dəfn mərasimində iştirak edə bilmədiyindən üzgün olduğunu bildirib.
“Ölkəmizin qəhrəman oğullarından biri Əhmədov Elvin Süleyman oğlu ön cəbhədə baş verən döyüşlər zaman qəhrəmancasına şəhid olub. Tovuzun Yanıqlı kəndindəndir Elvin qardaşımız. Bu gün Xocalı soyrımı ilə bağlı tədbirdə çıxış etmək üçün İtalyada səfərdə olduğumuzdan əziz şəhid ailəmizin yanına gedə bilmədim və çox üzgünəm. Dəyərli şəhid qardaşımızın atası ilə telefonla danışdıq. Belə qəhrəman övladların valideynləri də mərddir, Vətən sevdalıdır. Səbr dilədiyim şəhid atamız deyəsən səsimin titrədiyinin fərqində idi və telefonda “Qənirə xanım oğlumla qürur duyuram, təki Vətən sağ olsun, Vətənə hamımızın canı fəda olsun dedi”.

Millət vəkili bildirib ki, İtaliyada konfransı başa vurub şəhid ailəsini ziyarət edəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar