Millət vəkili televiziyaları yıxıb-sürüdü: “Hətta eləsi var ki, deyir…”

Xeyli vaxt idi ki, televiziyalarımıza baxmırdım. Səbəbi çox nadir maraqlı verlişlə rastlaşmağımdır. Bir az əvvəl açdım ki bəlkə maraqlı bir şey olar. Açan kimi rayonlarımızdan birindən toy mərasimi verilirdi. 2-3 dəqiqə sonra verlişdə belə bir elan çıxdı.”Kim öz xeyir işlərini televiziyada görmək istəyirsə, bizimlə əlaqə saxlasın” və bu bir neçə dəfə təkrarlanmağa başladı. Adamlar mikrafona “xoşbəxt olsunlar, sənin üçün olsun” kimi arzularını bildirir, qızğın rəqs mərasimləri nümayiş etdirilir və.s.”

A24.Az xəbər verir ki, bu fikirləri millət vəkili Qənirə Paşayeva özünün “facebook” hesabında yazıb. Deputat daha sonra fikirlərini belə davam etdirib:

“Televizoru söndürüb, növbəti dəfə “nə yaxşı ki vaxtında getdin televiziyadan” dedim öz-özümə. Bizim vaxtların ən reytinqli verlişlərini xatırlayıb, indiki ən reytinqli verlişlərlə müqayisə edəndə adamın ürəyi sıxılır. Bir çox insanlar tez-tez “Qənirə xanım, niyə televiziyalardakı bir çox proqramlarla bağlı münasibətinizi bildirmirsiniz, axı siz bu sahədən gəlibsiniz” deyirlər. Bilmirlər ki fikrinizi deyəndə, bölüşəndə televizyaların əksəriyyətinin rəsmiləri bunu doğru qəbul etmirlər, səni düşmən elan edirlər, “onu efirə çağırmayın!” deyə göstərişlər verirlər.

Qənirə Paşayeva- Millət vəkili
Qənirə Paşayeva- Millət vəkili

Hətta eləsi var ki, deyir, Qənirə xanımın tədbirlərdən bir kadrı da bizim efirdə görsənməsin. Operator yəqin işdən çıxarılma qorxusundan televiziya anlayışı olmayan rəhbərinə deyə bilmir ki, axı rəsmi tədbirdə ümumi planı necə çəkim ki, Qənirə xanım orada görünməsin?. Tədbirdə də zülm çəkir kadr çəkə bilmək üçün və sonra mənim köməkçimin yanında rəhbərinin hərəkətindən gileylənərək “vallah Qənirə xanımın üzünə baxanda utanırıq, amma neyləyək?” deyir.

Mən də uşaqlara “narahat olmasın, mən onun vəziyyətini anlayıram və xəbərlər xidmətinə o zehniyyətdə adamın rəhbərlik etdiyi televiziyanın xəbərlərində də verlişlərində də görünməsəm yaxşıdır” deyirəm. İnsanlar da deyir gəl, bu cür adamlara arada televiziya barədə iradlarını söylə. Eh, nə isə… Allah böyüyən balalarımıza özü kömək olsun!”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR