Milli Kitabxanada nə baş verir? - MAAŞLAR GECİKƏCƏK, NAHAR FASİLƏSİNİN MÜDDƏTİ AZALDILDI, ÖZƏL

Milli Kitabxanada nə baş verir? – MAAŞLAR GECİKƏCƏK, NAHAR FASİLƏSİNİN MÜDDƏTİ AZALDILDI, ÖZƏL
Want create site? Find Free WordPress Themes and plugins.

Redaksiyamıza Azərbaycan Milli Kitabxanasında (keçmiş M.F.Axundov Kitabxanası) işçilərlə rəhbərlik arasında baş verən narazılıqla bağlı məlumat daxil olub. A24.Az-a adının açıqlanmasını istəməyən əməkdaş bildirib ki, bu gün kitabxanada qurumun işçiləri ilə rəhbərlik iclas keçirib və bir sıra narazılıq yaradan qərarlar işçilərə çatdırılıb.

“İclasda əməkdaşlara bildirdilər ki, yanvar ayının maaşları gecikdiriləcək. Bundan başqa, işçilərin nahar fasiləsi də 1 saatdan yarım saata endirilir. Bundan sonra nahar fasilələri 1 saat deyil, yarım saat olacaq. Təbii ki, bu da işçilər tərəfindən müəyyən narazılıqlara səbəb oldu. Qanunvericilikdə işçilərin nahar fasiləsi 1 saat nəzərdə tutulub. Kitaxana rəhbərliyi isə bu addımı ilə qanunvericiliyin tələblərini pozur”.

Məsələ ilə bağlı A24.Az-a açıqlama verən Azərbaycan Milli Kitabxanasının elmi katibi Əminə Cəfərova bildirdi ki, işçilərin iddiaları əsassızdır:

“Azərbaycan Milli Kitabxanasında maaşlar hər ay vaxtı-vaxtında verilir. Maaş gecikməsindən söhbət belə gedə bilməz. Bu günkü iclasda işçilərə bu barədə heç bir məlumat verilməyib. Bu ay da, maaşlar zamanında veriləcək. Ancaq işçilərə nahar fasiləsi ilə bağlı xəbərdarlıq edilib. Buna səbəb isə onların qanunla yarım saat nəzərdə tutulan nahar fasiləsini 1 saat dəyərləndirmələri idi. Halbuki, yenə deyirəm onların əmək kitabçalarında nahar fasilələri yarım saat nəzərdə tutulub, 1 saat yox. Əməkdaşlar isə nahardan 1 saata qayıdırdılar, sui-istifadə edilirdi. Bununla bağlı onlara xəbərdarlıq edildi. Bundan sonra 12:30-dan 13:00-a qədər nahar fasiləsi olacaq”.

İlkin Mustafayev, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Eksklüziv, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar