Millimiz Macarıstana qalib gəlib, ikinci oldu

Millimiz Macarıstana qalib gəlib, ikinci oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının yeddinci turu
keçirilib.
A24.az Apasport.az-a istinadən xəbər verir ki, qitə birinciliyində millimiz qadınlar və kişilərdən ibarət komanda ilə iştirak edir.

Mötəbər yarışın yeddinci turunda kişilərdən ibarət yığmamız Macarıstan, xanım şahmatçılarımız isə İngiltərə millisi ilə qarşılaşıblar.

Şəhiyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç və Rauf Məmmədovdan ibarət kişi millimiz rəqibinə şans verməyib – 3:1. Bu oyuna qədər lider olan Macarıstan üzərindəki qələbə yığmamızı turnir cədvəlində ikinci pilləyə yüksəldib.

Qadınlar yığmamız isə heç-heçə ilə barışıb – 2:2.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar