Millinin qapıçısı: "Vurulduğun qadının pozğun olması..."

Millinin qapıçısı: “Vurulduğun qadının pozğun olması…”
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan millisinin və Portuqaliyanın “Boavişta” klubunun qapıçısı Kamran Ağayev qafqazinfo-ya müsahibə verib.

A24.az sizə həmin müsahibəni təqdim edir.

– Qadını döydüyün barədə çıxan söz-söhbətlər nə dərəcədə doğru idi? Düzü, inanmaq çətin idi ki, Kamran kimi mülayim adam belə bir iş görsün.

– Mən o qadına əl qaldırmamışdım. Sadəcə burda olanda özünü apara bilməmişdi. Lazım olanlar da onu “saçlayıb” atmışdılar çölə. O da jurnalistə ağzına gələni danışmışdı. Heç təlim-məşq toplanışı vaxtı da hadisə baş verməmişdi. Hamı şişirtdi məsələni. Mənə görə normal xanım saat 11-də içkili vəziyyətdə klubdan çıxmaz. Xanım ola bilər ki, həmin an küçədə olsun. Qohumunun evindən, ailəsi ilə restorandan gələ bilər. Amma bunun kimi yox. İçib söyüş söymək olmaz. Mən bu məkanın sahibi olsam da, icarəyə vermişəm. İcazə ilə gəlib otururam. Xoşuma gəlməyən nəsə olanda əmioğlum məndən qabaq həll edir. Kimsə artıq-əskik danışanda o “saçlayıb” atır küçəyə. O xanım da hadisədən sonra deyib ki, gör sizi nə edəcəm? Hər şeyi jurnalistə danışıb. Burda kameralar var. Əgər lazım olsa, hüquq-mühafizə orqanları da gəlib baxa bilərlər. Yəni xanım gedib polisə desəydi, gəlib baxacaqdılar. Ona görə də hamısı yalan idi.

– Ümumiyyətlə, qarşı cinsə münasibətiniz necədir? Üstəgəl, subaysız.

– Qadınlara inamım yoxdur. Heç vaxt da kimisə sevməmişəm. Amma vurulmaq hər kəsin həyatında olan hadisədir. Kişi üçün ən böyük zərbələrdən biri odur ki, vurulduğun qadın pozğun, əxlaqsız ola. Hər halda anladın nə demək istəyirəm. “Təhminə və Zaur” filmindəki kimi. İnsan layiq olan adamı sevməlidir. Məncə, heç kim pozğunu, fahişəni sevməz. Düzdür, sevmək olar amma qarşı tərəf də səni sevsin. Mənə görə isə pozğun qadın heç vaxt sevə bilməz. Sevsəydi, pozğun olmazdı. Kişini kişi edən arvadıdır. Ailə qurmaq məsuliyyətdir. Nə vaxtsa qismət olsa, evlənəcəm. Xanımlara qətiyyən inamım yoxdur, onlar çox şablondurlar. Düzdür, hamıya aid eləmirəm. Səhvsiz, eyibsiz insan yoxdur. Bir qadını sevəndə də hər hansı bir şeyinə göz yummalısan. Biri gözəlliyi olmamasına göz yumur, biri danışığına, biri hərəkətinə… Qadın da kişiyə göz yummalıdır. Hələ ki, nəyinəsə göz yumacağım qadın yoxdur. Bayaq ipucu verdim. Vurulduğun adamın pozğun olması çox pisdir.

km

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman, Müsahibə
a24.az

Müzakirə

BÜTÜN XƏBƏRLƏR

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs