“Milliön” ödəmə aparatını apardılar

“Milliön” ödəmə aparatını apardılar
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün səhər saatlarında Xudat şəhərində oğurluq faktı qeydə alınıb.

“A24.az” APA-ya istinadən məlumat verir ki, Heydər Əliyev küçəsində yerləşən, Xudat şəhər sakini, 1953-cü il təvəllüdlü Abdullayev Nəriman Mustafa oğluna məxsus mağazadan içərisindən 2000 manat olan “Milliön” ödəmə aparatı oğurlanıb.

 Mağaza sahibinin sözlərinə görə, oğrular mağazaya girərkən müşahidə kamerasına düşməmək üçün işıqları söndürüb, mağazanın arxa tərəfindən içəri daxil olublar. Onlar həmçinin mağazadan xeyli miqdarda siqaret və araq da aparıblar.

Hadisə yerinə Xaçmaz rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar