Milyonların qətli, insan dərisindən tikilən paltarlar, ağlasığmaz təcrübələr… -  ARAŞDIRMA, FOTOLAR

Milyonların qətli, insan dərisindən tikilən paltarlar, ağlasığmaz təcrübələr… –  ARAŞDIRMA, FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Zülm, zalımlıq və qəddarlıq insan övladının ən çox əziyyət çəkdiyi bəşəri bəlalardandır.  Zalımlar və zülümkarlarlar hər zaman lənətlə anılıb, insanoğlunun qəddar düşməni kimi yaddaşlara həkk olunub. Bəs bəşər tarixində ən qəddar, ən amansız insanlar kim olub? Təbii ki, bu suala tam şəkildə, dolğun cavab vermək çətin olsa da, bəzi zalımları və despotları  oxucularımıza tanıda bilərik. O zalımlar ki, bəşəriyyət bu gün də onları nifrətlə xatırlayır…

Qaniçən və qəddar Stalin

joseph-stalin-3İosif  Stalin 1922-ci ildən ömrünün sonunadək Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi olub.  Stalinin rəhbərliyinin ilk illəri Ukrayna aclığı ilə (Qolodomor) yadda qalıb. Stalinin siyasəti nəticəsində Ukrayna xalqının aclıqdan qırılması soyqırım kimi qəbul olunur. Bu soyqırımdan ölənlərin sayı sayı bəzi mənbələrdə 2.5, bəzi mənbələrdə isə 10 milyon nəfər göstərilir. Eyni zamanda Stalin SSRİ bayrağı altında birləşən qalqları repressiya etməsi ilə məhşurdur. Stalinin zülmü Azərbaycandan da yan keçməyib. Əslində siyasi hadisə hesab olunan repressiya XX əsrin 20-ci illərindən 50-ci illərin əvvəllərinə qədər davam etsə də, 20-40-ci illər arası baş verən hadisələr amansızlığı ilə xüsusi seçilib.

İnsanların “əksinqilabçı”, “trotskiçi”, “casus”, “millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə məhv edilməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. Repressiya illərində SSRİ-də ümumilikdə 1575259 adam həbs olunub. Bunlardan 173382 nəfəri guya “əksinqilabi” iş apardığına görə cəzaya məruz qalıb, 1344923 nəfər məhkum edilib, 681692 nəfər isə güllələnib.

Həmin dövrdə Azərbaycanda qətlə yetirilən insanlarla bağlı xüsusi plan hazırlanıb və o plana görə 3 ayda 1500 nəfərin güllələnməsi nəzərdə tutulurdu.

1937-ci və 38-ci illərdə məhkəmədən kənar repressiyalar aparılmasına da qərar verilib.

Konkret Azərbaycanda ümumilikdə 1930-40 və 50-ci illərin əvvəllərində 70 min adam repressiya edilib ki, bunun da 29 min nəfəri ziyalılardır. Təkcə 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyinin məlumatına görə, Stalin repressiyaları illərində Qazaxıstanda 150 min azərbaycanlı öldürülüb və bunlardan 28 min nəfəri məhkəmə və istintaq olmadan güllələnib.

Ümumilikdə, Stalinin rəhbərliyi dövründə 60 milyona yaxın insan qətlə yetirilib.

Milyonlarla vətəndaşı məhv edən diktator

polpotPol Pot, 1928-ci ildə Kambocanın paytaxtı Phnom Pehndən 120 km kənarda yerləşən “Kompong Thom” adlı kiçik bir kənddə dünyaya gəlib. Əsl adı Saloth Sardır.

Əvvəl bir buddizm monastrına gedən Saloth, daha sonra texniki universitetdə təhsilini davam etdirib. Aldığı təqaüdlə Parisdə təhsil alan Saloth, burada kommunist düşüncələrlə tanış olur. 1953 – cü il də Khieu Ponnari ilə evlənib. Kommunist düşüncəli arvadı ilə birlikdə partiya toplantılarına qatılır və  toplantılarda Pol Pot adı ilə tanınır.

Pol Pot 1976-1979-cu illərdə Kambocanın baş baziri və “Qırmızı Kxmerlər”in lideri olub. Pol Pot aqrar kommunizmin ekstrimal versiyasını tətbiq etmiş və bunun üçün bütün şəhər sakinlərini kəndə köçürərək kollektiv təsərrüfatlarda işləmələrini, kənd təsərrüfatı lahiyələrini həyata keçirməyə məcbur edib. Qul əməyi, edamlar, səhiyyə sisteminin bərbadlığı  və digər faktorların təsiri nəticəsində təxminən 2 milyon Kambocalı (əhalinin üçdə bir hissəsi) qətlə yetirilib.

Onun rejimi ziyalıların və digər “burjua düşmənlərin” qətlinə görə məhşurluq qazanmışdı. “Qırmızı Kxmerlər” “Qətl Sahələri” kimi tanınan obyektlərdə kütləvi edamlar törədirdilər. Edam olunanlar kütləvi məzarlıqlarda dəfn olunurdular. Döyüş sursatları az istifadə edilsin deyə edam vaxtı mütəmadi olaraq çəkic, balta, bambuk çubuqlarından istifadə olunurdu.

“Mədəni inqilab” adıyla insanları məhv edən “birinci xanım”

szyanSzyan Sin Kommunist Çin Diktatoru Maonun həyat yoldaşı idi. Ağıllı manevrlərlə o, kommunist partiyasının daxilində hakimiyyətin ən yüksək pilləsinə qalxmışdı. Tarixçilər hesab edir ki, Çin Mədəni İnqilabının arxasındakı əsas hərəkətverici qüvvə məhz o olmuşdur. Mədəni İnqilab zamanı iqtisadi fəaliyyət dayandırılmış və saysız-hesabsız qədim binalar, eksponatlar, əntiq əşyalar, kitablar və tablolar Qırmızı Qvardiyaçılar tərəfindən dağıdılmışdır.

Mədəni İnqilab 10 il  ərzində, demək olar ki, təhsil sistemində durğunluq yaratmış və bir çox ziyalılar həbsxanalara və düşərgələrə göndərilmişdi. Eyni zamanda Çində Mədəni İnqilab zamanı milyonlarla insanın hüquqları pozulub, milyonlarla insan didərgin düşmüşüb. Müxtəlif Qərb və Şərq həlak olanların sayı xaos illərində (1966-1969),  500.000 nəfər, bəzi hesablamalara görə isə təqiblərə məruz qalanların sayı  36 milyon, həlak olanlar sayı isə 3 milyon nəfərə çatır.

Qəbrindən çıxarılıb asılan və şaqqalanan sərkərdə

798550-oliver-cromwell
Onun işğalçılıq (Katolik rəhbərləri dəyişmək üçün) müharibəsi zamanı aclıq və xəstəlikdən 200.000 mülki şəxs həlak olub, 50 minə qədər  İrlandiyalı qula çevrilib. Cromvell İrlandiyanı işğal etməsini  müasir Səlib Yürüşü kimi qəbul edirdi, çünki o, katoliklərə kafir kimi baxırdı.

Oliver Kromvel 1599-cı ildə Kembricdəmülkədar Puritan ailəsində doğulub. Hatinqdondakı məktəbdə təhsil alır 1616-1617-ci illərdə Sidney Sasseksa kollecində təhsilin davam etdirir. Vətəndaş müharibəsindən əvvəl Oliver Kromvel adi Skvayr-mülkədar idi. Hüquq fakultəsini tərk edəndən sonra mülkədər qızı ilə evlənmişdi və vətəndaş müharibəsinin başlanğıcında Kromvel 60 atlıdan ibratət dəstənin kapitanı idi. Kromvelin sərkərdəlik bacarığı Marston-Mur döyüşündə (1644) bəlli oldu. Kromverlin ordusu kralın tərəfdarları üzərində ardıcıl qələbələr qazanırdı.  Oliver Kromvel lazimi hüquqlar qazanandan sonra parlamentin yuxarı palatasını ləğv edir və dostları hərbi-protestantlardan ibarət yeni heyət yaradır.

Kromvel və onun ordusu azadlıq uğrunda qanlı döyüşlərdən qalib çıxır və hakimiyyəti əlinə alandan sonra azadlığın yerinə diktatura yaradır. Kromvel güc istifadə edərək İrlandiyada və Şotlandiyada üsyanı qanla yatırır. 3 sentyabr 1650-ci ildə Danbara döyüşündə Kromvelin ordusundan sayca iki dəfə böyük olan Şotlandiya ordusu Kromvelə məğlub olur. Daha sonra isə ölkəni 12 qubernatorluğa bölür.

Oliver Kromvel 3 sentyabr 1658-ci ildə ölür. Kromvelin ölümündən sonra yeni Lord Protektor onun böyük oğlu Riçard Kromvel olur. Riçard Kromvelin hakimiyyəti zamanında ölkədə xaos yaranır və Zadəganlar Riçard Kromvelin yerinə taca I Karlın oğlu II Karlı otuzdururlar bundan sonra isə Oliver Kromvelin cəsədi qəbrindən çıxarılır, asılır və şaqqalanır .

Hamilə gəlinini öldürən qəddar çar

ivanqroznRus çarı İvan Qroznı kimidə tanınan IV İvan, 1533-dən 1547-dək Moskvanın Böyük Hersoqu və Çar titulunu öz üzərinə götürən Rusiyanın ilk hökmdarı olub. 1570-ci ildə İvan hesab edir ki, Novqorod şəhərinin elitası Polşa tərəfinə keçməyi planlaşdırılır və onları dayandırmaq üçün İvanın rəhbərliyi altında ordu 2 Yanvar tarixində  şəhər sakinlərinin  qarşısını almaq məqsədi ilə şəhərin ətrafında  divarlar tikdirir.

1000-dən çox insan işgəncələrə məruz qalıb, ordu tərəfindən bir yerə toplanaraq və İvan və oğlunun gözü qarşısında qətlə yetirilib. 1581-ci ildə İvan təvazökarlıqdan uzaq geyim geyindiyinə görə  hamilə gəlinini döyür və bətnindəki uşaq ölür. Həmçinin, İvan bu xəbəri eşidən oğlu ilə qızğın mübahisə edir və onu da öldürür.

Əsirləri diri-diri yardıran, bədən orqanlarını amputasiya etdirən parçalayan general

shiroShiro Ishii(Şiro İşi)  Çin-Yapon müharibəsi zamanı Yaponiyanın İmperator Ordusunun 731 nömrəli hərbi hissənin  general-leytenant rütbəli mikrobioloqu idi. O, Tiba refekturasında, Sanbu rayonunun keçmiş Shibayama kəndində anadan olub və Kyoto İmperator Universitetində tibb təhsili almışdır. O, 1932-ci ildə Yapon hərbçiləri üçün sirrli layihə kimi bioloji müharibədə ilkin eksperimentlərə başlayıb. 1936-ci ildə 731 nömrəli hərbi hissəni formalaşdırıb. İshii, Çinin Xarbin şəhərinə yaxın, 150-dən artıq, hər biri altı kvadrat kilometr olan  nəhəng tikililər inşa etdirir.

İshii və onun tabeliyində olan 731 nömrəli hərbi hissə tərəfindən çoxsaylı vəhşiliklər törədilib. Onun rəhbərlik etdiyi hərbi hissə rusları və çinliləri qəddarlıqla təcrübələrdə istifadə edirdilər. Məsələn onlar əsirləri diri-diri yarırdılar, bədənlərinin müxtəlif hissələrini amputasiya edir, qanqreni öyrənmək üçün bədənlərinin bəzi hissələrini dondurur və digər tibbi eksperimentlər aparırdılar. Canlı insanlardan qumbaranı və odsaçanları test etmək üçün istifadə edirdilər.

Sağalmamış zöhrəvi xəstəliklərin  öyrənilməsi üçün, kişi və qadın məhbuslar bilərəkdən  zorlama vasitəsilə sifilis və gonoreya ilə yoluxdururdular.

İkinci Dünya Müharibəsinin sonunda məğlubiyyəti anlayan general 731 nömrəli hərbi hissənin təcrübə qərərgahını partladaraq yenidən 150 nəfəri məhv edir. Yaponiya təslim olduqdan sonra ələ əsir götürülən general SSRİ tələb etsə də, ABŞ onu təcrübələrini vermək şərti ilə azad edir. General Shiro Ishii    qızının dediyinə görə 1967-ci ildə xərçəngdən vəfat edib.

İnsan dərisindən paltar tikən “Buhenvald cadugəri”

ilse-koch-flowery-dressNasist cəlladı İlza Kox Almaniyanın Drezden şəhərində fəhlə ailəsində anadan olub. İkinci Dünya Müharibəsi zamanı öz qəddarlığı ilə tarixə düşüb. İlza Kox əsirlərin dərilərini soyduraraq qurudur və onlarla otağını bəzəyirdi. Onun bir sadistliyi də bədənində döymə olan əsirləri dərhal ölümə göndərməsi idi. Döyməli dərilər quruduqdan sonra onlardan yataq otağındakı çarpayının, stolun və digər əşyaların üstünü örtmək üçün istifadə edirdi. Əri Karl da ondan geri qalmırdı. O da əsirlərə olmazın işgəncələr verirdi. Buhenvaldda içində vəhşi heyvanlar saxlanan kiçik bir zoopark vardı. Bu əsir düşərgəsindən bir təsadüf nəticəsində sağ çıxmağı bacaran Morris Hubert sonralar məhkəməyə şahid qismində verdiyi ifadəsində belə demişdi: “Düşərgədə içində ayı və bir qartal olan qəfəs vardı. Hər gün bir yəhudini o qəfəsə atardılar. Ayı qurbanını parçalayıb yeyir, qartal da onun sümüklərini didirdi”.

1941-ci ildə İlza əsir qadınlar üzərində baş nəzarətçi təyin edildi. Onun daha bir qəddarlığı burada üzə çıxdı. O eyni qəddarlıqla ağdərili qadınların öldürülməsi barədə göstəriş verir və sonra onların dərilərindən analoji qaydada evdə istifadə edirdi. Qısa müddətdə ər və arvad Koxlar əleyhinə çoxlu sayda ifşaedici faktlar toplandı. Bu arada, daha doğrusu 1941-ci ildə Karl Kox barədə cinayət işi açıldı. Onu Buhenvalddakı əsirlərə qarşı olmazın işgəncələr verməkdə günahlandırırdılar. Amma məhkəmə Karla xəbərdarlıq etməklə kifayətləndi.

Müttəfiq orduları Buhenvaldı ələ keçirəndə orada gördüklərindən dəhşətə gəlmişdilər. Sağ qalanlardan dərhal ifadə alınmağa başlandı. Əsirlər, təbii ki, İlzanı unutmamışdılar və onun vəhşilikləri barədə məhkəmədə dəhşətli faktlar verdilər. İlzanın əleyhinə kifayət qədər faktlar toplanandan sonra onun izinə düşdülər. 1947-ci ildə o, həbs edildi.

İlzanın ilk məhkəməsi Daxauda oldu. O, 50 mindən artıq əsirin qəddarlıqla öldürülməsində və onların dərilərindən bəzək əşyaları kimi istifadə edilməsində günahlandırılırdı. Lakin bu arada məhkəmənin uzanmasından istifadə edən İlza mühafizəçi əsgərlərdən biri ilə yaxınlıq edərək ondan hamilə qaldı. O bununla da məhkəmənin ona verəcəyi cəzanı yüngülləşdirəcəyinə ümid edirdi. Amma “Buhenvald cadugəri”ni ömürlük həbs cəzasına məhkum etdilər.

Lakin iki il sonra Almaniyanın işğal edilmiş zonasına təyin edilən yeni komendant general Lyutsius Kley İlzanın günahının sübut edilmədiyini iddia edərək, onu azadlığa buraxdırdı. Generalın “Buhenvald cadugəri”ni həbsdən azad etməsi dünyada böyük səs-küyə səbəb oldu.

Beynəlxalq ictimaiyyətin İlzanın həbsdən azad edilməsinə sərt münasibət göstərməsi nəticəsində onu 1951-ci ildə yenidən həbs etdilər. Məhkəmə zamanı 250 nəfər keçmiş Buhenvald əsiri onun əleyhinə ifadə verdi. Bu dəfə dünyanın ən dəhşətli qadın cəlladını ömürlük həbs cəzasına məhkum etdilər.

İlza 1967-ci il, sentyabr ayının 1-də həbsxanada intihar edib

 

Cəlil CAVANŞİR

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Manşet, Araşdırma, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar