A24 Xeber

Mingəçevirdə YANĞIN – Bina boşaldıldı

Mingəçevirdə YANĞIN – Bina boşaldıldı
251
06 Dekabr 2018 - 22:56

Mingəçevirdə yerləşən yataqxanalardan birində yanğın hadisəsi baş verib.

A24.Az xəbər verir ki, internat məktəbi yataqxanasının ikinci mərtəbəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub.

Hadisə ilə əlaqədar binadakı şəxslər ərazidən təxliyyə olunub. Yanğın çevik müdaxilə nəticəsində lokallaşdırılıb. Hadisə yerinə həkim briqadası cəlb olunsa da, tibb işçilərinin müdaxiləsinə ehtiyac qalmayıb.

Qeyd edək ki, hadisə elektrik naqillərində yaranan qısaqapanmanəticəsində baş verib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00