Mingəçevir sakini 89 növ dərman içib ölmək istədi

Mingəçevir sakini 89 növ dərman içib ölmək istədi
Want create site? Find Free WordPress Themes and plugins.

Mingəçevirdə intihara cəhd hadisəsi baş verib.

A24.Az “Report”a istinadən bildirir ki, 1981-ci il təvəllüdlü şəhər sakini Müzəffərov Arif Akif oğlu çoxlu dərman preparatını qarışdıraraq qəbul edib.
Hadisə adıçəkilən şəxsin yaşadığı M.F.Axundov küçəsi, ev 4, mənzil 3-də baş verib. Xəstəxanaya çatdırılan A.Müzəffərova tibbi yardım göstərilib və bundan sonra onun vəziyyəti tədricən sabitləşib. Zərərçəkmiş intihara cəhd məqsədi ilə 89 növ dərman vasitəsi qəbul etdiyini bildirib.
“Sonuncu həbi içmək istəyən zaman doğmalarım gözümün önünə gəldi və onu kənara atdım”, – deyə xəstə qeyd edib.
Buna baxmayaraq A.Müzəffərov intihara cəhdin səbəbini açıqlamayıb.
Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar