Mingəçevirdə ata və oğul bıçaqlandı

Mingəçevirdə ata və oğul bıçaqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Axşam saatlarında Mingəçevir şəhərində “Energetik” yaşayış massivində ata və oğul bıçaqlanıb.

A24.Az Report-a istinadən xəbər verir ki, Elçin Qəmbərov dayanacaqda, onun 1993-cü il təvəllüdlü oğlu Qəmbərov Elmir Elçin oğlu isə 3 saylı təsərrüfatın ərazisində yaralı vəziyyətdə aşkar edilib. Hər iki yaralı təcili xəstəxanaya çatdırılıb. Onların bıçaqlandığı müəyyən edilib.

Əldə olunan ilkin məlumata görə, hər iki hadisə eyni şəxs və ya şəxslər tərəfindən törədilib. Münaqişənin səbəbi hələ ki, tam məlum deyil.

Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanılıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar