Mingəçevirdəki dəhşətli qəzanın detalları - Ekspert AÇIQLADI

Mingəçevirdəki dəhşətli qəzanın detalları – Ekspert AÇIQLADI
Want create site? Find Free WordPress Themes and plugins.

Mingəçevir İES-də baş verən qəza ilə bağlı “Barmek Azərbaycan”ın keçmiş texniki direktoru Vəfa Ağayevin Axar.aza müsahibəsini təqdim edirik:

– Mingəçevir İES-in bir blokunda baş verən qəza niyə bütün ölkəni iflic vəziyyətinə saldı?

– Digər bloklar yarımstansiya vasitəsilə çalışmağa davam etsəydi, bir blokda baş verən qəza ölkəni iflic etməzdi. Lakin yarımstansiyada yaranan yanğın cərəyan transformatorunun partlamasına səbəb olub. Bu da ölkədə elektrik enerjisinin kəsilməsinə gətirib çıxarıb.

– Qəza baş verəndən sonra kiçik kəndlərə, rayonlara elektrik enerjisi verildi. Bu enerjinin Bakıdakı strateji obyektlərə yönəldilməsi mümkün deyildimi?

– Mingəçevirlə Bakı arasında əsas strateji xətlərin sayı azdır. Bu say istehsal edilən enerjinin mərkəzə ötürülməsi üçün yetərli deyil. Yəni bu xətlərdən birində qəza olsa və əks qəza avtomatikası çalışmasa, yenə eyni şey olacaq. Bu qəza baş verdiyi anda yükatma avtomatikası, asinxron gedişdən qoruma, tezliyin düşməsindən yükatan avtomatika çalışsaydı, Bakının birinci və ikinci kateqoriya işlədiciləri enerji almaqda davam edərdi.

– Azərbaycanda çoxlu İES var. Onlar ölkəni elektrik enerjisi ilə təmin etmək gücünə malik deyilmi?

– Azərbaycanın santrallarının quruluş gücü ölkənin enerji təminatına kifayət etsə də, istehsal edilən enerjini ötürəcək xətlər yetərli və dayanıqlı olmadığından, bu işə kompleks şəkildə yanaşmaq lazımdır. Yəni yenə də təkrar edirəm, baş verən 3 qəzadan biri ölkənin enerji sisteminin çökməsinə səbəb olub. Bunun da əks qəza avtomatikasının çalışmaması olduğunu düşünürəm. Çünki çalışsaydı, paytaxtın stansiyaları lokal sistemdə həyati vacib obyektləri enerji ilə təmin etməyə davam edərdi.

– Mingəçevir İES-də baş verən qəzanın səbəblərinin aradan qaldırılmasına nə qədər vaxt lazımdır?

– Mingəçevirdəki Azərbaycan İES-də 3 qəza olub. Birincisi cərəyan transformatorunun partlaması nəticəsində baş verib. Bunu dəyişmək və yanmış kabellərin yenilənməsi yarım gün çəkir. İkincisi soyutma sistemindəki yanğındır ki, bu qəzanın nə böyüklükdə olduğunu görmədiyim üçün bir zaman verə bilmirəm. Üçüncüsü və ən pisi əks qəza avtomatikasının çalışmaması nəticəsində baş verən qəzadır ki, bu da sistemin çökməsinə səbəb olub.

– Gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün hansı qabaqlayıcı tədbirlər görmək lazımdr?

– Bu halların baş verməməsi üçün ilk növbədə əks qəza avtomatikasını və rele-mühafizəni yeniləmək lazımdır. Yəni rele-mühafizə selektiv və zamanında çalışmalıdır. İkinci, yarımstansiyadakı ölçü transformatorları yeni, müasir yanğın və partlama təhlükəsizliklərinə uyğun avadanlıqlarla dəyişdirilməlidir. Ölkədə fosil yanacaqlarla işləməyən yeni külək və günəş stansiyaları tikilməlidir və bu yeni stansiyalar istehlak mərkəzlərinə yaxın yerlərdə olmalıdır. Digər tərəfdən enerji sisteminin qan damarı olan xətlər yenilənməli və enerji sistemi statik dayanıqlığını bərpa etməlidir. Yəni interkonnekte (dairəvi sistem) sistem güvənli halda gücləndirilməlidir. 500, 330, 220 Vt-lıq dairəvi sistemin gücləndirilməsi və enerji istehsalı mərkəzlərinin yerinin optimallaşdırılması, sistemin qəza vəziyyətində tamamən çökməməsi üçün mühafizə və avtomatika sisteminin gözdən keçirilməsi, avadanlıqların yenilənməsi vacibdir. Daha səmərəli stansiyaların tikilməsinə ehtiyac var. Savadlı kadrların yetişdirilməsi və nəhayət bu işlərin sürətlə görülməsi üçün istehsal və enerji ötürülməsi sistemini bir-birindən ayırmanın zamanı gəlib. Eyni zamanda Azərbaycanda enerji sisteminə yeni, gənc mühəndislər işə alınmalı və onların xarici ölkələrin enerji sistemini görmələri üçün şərait yaradılmalıdır.

Ayrılan pulların nə üçün xərcləndiyi müəyyən edilməlidir. Çünki Azərbaycanda enerji sektoruna ayrılan pullarla enerji sistemini sıfırdan yeniləmək olardı.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar