Mingəçevirdəki partlayış suyun verilməsində problemlərə səbəb olub

Mingəçevirdəki partlayış suyun verilməsində problemlərə səbəb olub
Want create site? Find Free WordPress Themes and plugins.

“Dünən gecə saatlarında elektrik enerjisinin kəsintisi bütün ölkə boyu su təchizatına mənfi təsir göstərib”.

“A24.az” bildirir ki, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib ki, elektrik enerjisinin kəsilməsi ilə əlaqədar bütün su təmizləyici qurğuların fəaliyyəti dayanıb.

“Bildiyiniz kimi, Oğuz-Qəbələ su kəmərində quyulardan su çıxarılır və nasoslar elektrik enerjisinin köməyi ilə işləyir. Demək olar ki, şəhərdaxili nasos stansiyalarında iş dayanmışdı. Artıq biz Ceyranbatan su təmizləyici qurğusunu qoşmuşuq. Kür su təmizləyici stansiyasının fəaliyyət bərpa olunub, qismən gücü ilə işləyir və artıq onun gücünü artırırıq. Yaxın saatlarda Oğuz-Qəbələ su kəmərində qoşulmanı planlaşdırırıq. Ona görə də hazırda şəhərin böyük hissəsində su təchizatında problemlər mövcuddur. Bilirsiniz ki, Mingəçevirdə elektrik enerjisi qoşularkən qısa müddət ərzində, 3 saniyə ərzində Bakıda elektrik enerjisinin verilişi bərpa olunur. Amma suyu kürdən Bakıya gətirmək üçün boruların doldurulması ən azı 12-14 saat vaxt aparır. Buna görə də gün ərzində su təchizatında problemlər yaşanacaq”, – deyə “Azərsu” rəsmisi vurğulayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar