yp

“Mini” ətəklər necə yaranıb? ARAŞDIRMA

Yarandığı vaxtdan bir çox mübahisələrə, qısqanclıqlara, xəyanətlərə səbəb olan “mini” ətəklər qadınların ən çox bəyəndikləri geyim üslublarından biri bəlkə də birincisidir…

A24.az xəbər verir ki, qısa ətəkli xanımlar dəhal ətrafdakıların nəzər nöqtəsinə düşməyi bacarır. Bəs, müasir dövrümüzdə belə normal qarşılanmayan, kişilərin “mini bəla”sı adlandırılan qısa ətəklər necə yaranıb?

Söhbət qısa ətəklərdən gedərkən iki şəxsi yada salmamaq mümkün deyil: ingilis əsilli Meri Kuant və fransız Andre Kurrej. Deyilənlərə görə, ilk dəfə bu dəb ötən əsrin 50-60-cı illərində yaranıb. Gənc ingilis xanımı evdə təmizlik apararkən ona mane olan uzun ətəyini qayçılayır. Elə həm gün təsadüfən Lindanın evinə rəfiqəsi Meri Kuant gəlir…Yaxın dostunu yeni tərzdə görən Meri heyran olur. Çox keçmir ki öz Kinqz-Rouzdakı “Bazar” adlı mağazasında bu ətək formasını satışa çıxarır. 1962-ci ildə qısa ətəklərdən ibarət yeni kolleksiyanı dəb həvəskarlarına təqdim edən Meri çox keçmir populyarlaşır.

Deyilənə görə, qısa ətəklər ilk dəfə ABŞ da prezident Kennedinin xanımı Jaklin Onassis geyindikdən sonra qəbul olunmağa başlayıb. İngiltərə Şəhzadəsi II Yelizavetda öz ətəklərini dizdən yuxarı geyinib. Hətta o şəxsi modelyerini qənaətcil xüsusiyyətinə görə xüsusi orden ilə təltif edib.

Feminizmlə işıqlanan qadın zehni moda sahəsində də fərqli düşünməyə başlayıb. Bununla da, mini ətək 1960-cı illərin ortasında Londonun ruhunu əks etdirən geyim olub: azad, enerjili, gənc, müasir və ənənələrə zidd. Bu illərdə dəyişən qadın imici, mini ətək qızların sərbəstliyinin bir simvoluna çevrilib.

mn

 

Fransız variantı

1961-cı Fransız modelyer Andre Kurrej bu üslubu öz kolleksiyasına salıb, amma o modelləri potentləşdirmədiyinə görə iflasa uğrayıb. Onun hazırladığı qısa ətəklər adətən ağ uzunboğaz çəkmələrlə geyinilib. Öz müsahibələrinin birində Ander “Əslində qısa ətəkləri dəb aləminə mən gətirmişəm. Meri isə ideyanı sadəcə maliyyələşdirib”

Bu sərt ittihama isə Merinin cavabı belə olub: “Əslində bu nə mənim nə də Anderin tapıntısıdır. Qısa ətəyi küçədəki qızlar kəşf edib” deyə bildirib.

İlk dəfə qısa ətəyin “Qadağan olunmuş Planet” filmində istifadə olunduğu deyilir. Filmin geyim rəssamı aktrisa Enn Frensisse bir neçə belə model hazırlayır. Bəzi məlumatlara görə, qısa ətək ideyası dizayner Jon Beytsiyə məxsusdur.
Bəzi dəb mütəxəsislərinin fikirincə isə bu cür geyimlər 7 min əvvəl də olub. Bu Serbiya ərazisində neolit dövrü abidələrinin aşkarı zamanı sübut olunub. Vatikanda 60-cı illərdə qısa ətəyə “abırsız geyim” adı verilib. ABŞ prezidenti Riçard Nikson isə dövlət aparatında işləyən xanımlara iş yerinə qısa ətəkdə gəlməyi qadağan edib.

y6

Kişiləri öldürən “mini yubka”lar…
Rus alimlərinin araşdırmaları zamanı maraqlı nəticə ortaya çıxıb. Məlum olub ki, qadınların mini yubka geyinməsi ilə kişilərin erkən yaşda ölməsi arasında birbaşa əlaqə var. İddia olunur ki, qısa yubkalar dəb halını alandan sonra kişilər qadın gözəlliyinin qarşısında tab gətirə bilmir. 30 illik araşdırma nəticəsində o da bəlli olub ki, kişilər diqqətçəkici paltarlar geyən və onları coşduran davranışlar sərgiləyən qadınları görəndə aciz duruma düşür. Zərif cinsin nümayəndələri isə hər zaman olduğu kimi, gücsüz kişiləri rədd edir. Bu da kişilərdə stresslə bağlı xəstəliklər yaradır ki, onların da 80%-i 60 yaşına çatmamış ölür. Rus alimləri hesab edir ki, Asiyada və ərəb ölkələrində kişilər normal ömürlərini başa vura bilir. Bu da qadınların həmin ölkələrdə Rusiyaya və Qərb ölkələrinə nisbətən daha “abırlı” geyinməsindən irəli gəlir.

y3

Müasir dəb dünyasında qısa ətəkləri bütün moda həftələrində görmək mümkündür. Bəs, qızlarımızın da sevə-sevə istifadə etdikləri bu geyim üslubunun vücudumuza olan təsirləri hansılardır?
Mənfilərdən başlayaq…
1. Qışın şaxtasında təbii ki bu ətəkləri geyinmək düzgün deyil.

2. Qısa ətək çox zaman narahatçılıq yaradır sərbəst oturub durmaq olmur.

3. Artıq çəkisi olanlar bu ətəklərdən istifadə etməməs məsləhətdir. Əks təqdirdə heç də yaxşı görsənməyəcək.

4. Təəssüflə bildiririk ki, çox zaman isə qısa ətək geyinən xanımlara yüngül həyat tərzi geyinən xanımlar kimi baxırlar.

y4

Müsbət tərəfləri…

1.  Qısa ətək geyinən xanım cazibəli görsənir.

2. Qısa ətək qadınlarda xanımlığı daha gözəl büruzə verir.

3. Qısa ətəkdə xanım yaşından cavan görsənir.

4. Qısa ətək geyinmək arzusu xanımı hər zaman formada qalmağa məcbur edir.

5. Kişilərin diqqət mərkəzində olmaq istəyənlər üçün qısa ətəklər ən yaxşı seçimdir.

6. Qısa ətək özünəgüvənən xanımların seçimidir.

y5

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR