Minlərlə insan gecəni küçədə keçirdi - İranın bu səhərki ürəkağrıdan FOTOLARI

Minlərlə insan gecəni küçədə keçirdi – İranın bu səhərki ürəkağrıdan FOTOLARI
Want create site? Find Free WordPress Themes and plugins.

İranda 450-dən çox insanın həyatını itirdiyi zəlzələdən sonra minlərlə insan dondurucu soyuğa baxmayaraq evlərinə girməyib.

A24.az xəbər verir ki, zəlzələnin 1060 kilometr uzaqlıqdakı Dubayda göydələnləri silkələdiyi də bildirilir. Zəlzələ 11 ölkədə hiss edilib.

İraq-İran sərhədini dağıdan son 50 ilin ən böyük zəlzələsinin ardından xilasetmə əməliyyatları bu səhər yenidən başladılıb. Rəsmi televiziya Press TV zəlzələ bölgəsində xilasedicilərin işə davam etdiyini, ancaq ölü sayının artmasının gözlənilmədiyini tamaşaçılara çatdırıb.

Reuters xəbər agentliyi 450-dən çox insanın həyatını itirdiyi 7.3 ballıq fəlakətin ardından minlərlə İranlının dondurucu soyuğa baxmayaraq gecəni küçələrdə keçirdiyini bildirir.
Amerikanın “Associated Press” (AP) xəbər agentliyi isə Zaqros dağlarındakı Serpulzihabı yerlə bir edən sarsıntının qorxusundan kimsənin yatmadığını söyləyir. Şəhərdə dövlətin tikdirdiyi Mehr evlərinin bir çoxu xarabalığa dönüb. AP mənzillərin əvvəlki prezidenti Mahmud Ahmedinejadın dövründə inşa edildiyi məlumatını verib. Serpulzihabdaki yeganə xəstəxananın zəlzələdə dağıdığına görə, ordu hissələri səhra xəstəxanası qurub, ağır yaralılar və çox zərərçəkənlər isə paytaxt Tehrandakı xəstəxanalara daşınıb.

7 mindən çox insanın yaralandığı bölgədə hələ də 1000-ə qədər yaralı xəstəxanalarda müalicə alır. Böyük ərazidə telefonlar işləmir, elektrik və su xətlərində də fasilələr var. Zəlzələ ordu binalarına da ziyan vurub, əsgərlər ölüb. Ölən əsgərlərin sayı açıqlanmır.

Zəlzələnin 1060 kilometr məsafədəki Birləşmiş Ərəb Əmirliklərində də hiss edildiyi bildirilir. Dubaydakı göydələnlər zəlzələ zamanı silkələnib. İraq və İranla birlikdə sarsıntı Türkiyə, Suriya, Səudiyyə Ərəbistanı, Küveyt, Livan, İsrail, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Pakistanda hiss edilib.

Xatırladaq ki, İranda bu günə qədər baş verən ən ağır zəlzələlərdən biri də 2003-ci ildə baş verib. Episentri tarixi Bəm şəhəri olan 6.6 bal gücündəki zəlzələdə 31 min insan həyatını itirmişdi.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar