A24 Xeber

Miri Yusif: “Disklərim aptekdə satılacaq”

“Düşünürəm ki, mahnılarımın başağrısına xeyri var”

Miri Yusif: “Disklərim aptekdə satılacaq”
269
17 Mart 2015 - 15:21

Bu gün tanınmış müğənni Miri Yusif ölkənin tanınmış məkanlarının birində mətbuat konfransı keçirib.

“A24.az” xəbər verir ki, bir çox jurnalistlərin dəvət olunduğu konfrans saat 12:30 -da başladı. Tədbirin aparıcısı Tural Əsədov  öncəliklə müğənninin klipini təqdim etdi.

“İstə” adlanan mahnıya çəkilən klipin ssenarisini anlamayan jurnalistlərə Tural açıqlama verdi: “Əslində bu mahnı üçün xüsusi klip çəkilmədi. Göstərilənlər isə aprelin 9-da Qala gecəsi keçirələcək “Yarımdünya” filmindən qısa-qısa parçalardır. Mahnının sözləri, musiqisi Miri Yusifə, aranjimanı isə Emin Kərimiyə məxsusdur. Bu yaxınlarda albom çıxarmağı düşünürəm. Mahnılarımdan ibarət olacaq disklərim apteklərdə satılacaq. Çünki düşünürəm ki, mahnılarımın başağrısına xeyri var”.

Rəvan

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00