'Mirzə Cəlil'' mükafatının təqdimatı keçirilib - FOTO

‘Mirzə Cəlil” mükafatının təqdimatı keçirilib – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

“Mirzə Cəlil” Milli Media Mükafatının təqdimat mərasimi keçirilib. Tədbirdə müxtəlif media orqanlarının nümayəndələri iştirak ediblər.

“A24.az” “aktual.az”a istinadən  xəbər verir ki, iyulun 27-də Beynəlxalq Mətbuat Mərkəzində “Mirzə Cəlil” Milli Media Mükafatının ilk təqdimetmə mərasimi təşkil edilib. Tədbirdə müxtəlif KİV-lərin rəhbərləri iştirak ediblər.

Təşkilatçıların verdiyi məlumata görə, “Mirzə Cəlil” Mükafatı bu il təsis edilib və bundan sonra hər il özünün layiqli sahiblərinə təqdim ediləcək.

”Mirzə Cəlil” Milli Media Mükafatının təşkilat komitəsinin sədri Aqil Ələsgər tədbirlə bağlı bunları deyib: “Biz bu il Azərbaycanın seçmə ziyalıları, mətbuatımızın ağsaqqalları ilə məsləhətləşib, qərara aldıq ki, ölkəmizdə müxtəlif adlarda media mükafatları var. Amma Azərbaycanın ən önəmli karifey isimlərindən biri, mətbuatımızın inkişafında ən azı Həsən bəy Zərdabi qədər xidmətləri olan Mirzə Cəlilin adına mükafat yoxdur. Biz də qərara aldıq ki, bu mükafatı təsis edək və bu yolla onun adını əbədiləşdirək.

”Mirzə Cəlil” Ali Media Mükafatı hər il sadəcə 5 nəfərə, ”Mirzə Cəlil” Media Mükafatı isə 10 nəfər veriləcək. Bu mükafat hər ilin iyul ayının son 10 günlüyündə layiq olan, cəmiyyətdə heç bir şəkildə mübahisə yaratmayacaq şəxslərə təqdim ediləcək.

Burada əsas məqsəd Azərbaycan mediasının inkişafında müstəsna xidmətləri olan insanları qiymətləndirməkdir. Bu baxımdan, Azərbaycan mətbuatının dəyərli isimlərinə – Rauf Arifoğlu, Akif Aşırlı, Nəsir Əhmədli kimi şəxslərə mükafatlar verildi. Eyni zamanda bu il multikulturalizm ilidir və bu sahə üzrə yazan qələm sahiblərini də mükafatlandırdıq”.

”Mirzə Cəlil” Milli Media Mükafatının təşkilat komitəsinin münsiflər heyətində Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, teleaparıcı Anar Yusifoğlu, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli, əməkdar jurnalist Azər Həsrət, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli var.

Tədbirdə ilk olaraq, Sabir Rüstəmxanlı çıxış edərək, Mirzə Cəlil ənənəsindən danışıb. S.Rüstəmxanlı çıxışı zamanı bildirdi ki, Mirzə Cəlil həm sovet dönəmində, həm də müstəqillik dönəmində tənqidçi, satirik medianın yaranmasında və inkişafında mühim rol oynayıb. Cəlil Məmmədquluzadənin yaradıcılığı barədə danışan Sabir Rüstəmxanlı dedi ki, “Mirzə Cəlil millətin tərəqqisi yolunda böyük ideoloq olduğu kimi, həm də ətrafındakı ziyalı və qeyri-ziyalını öz səviyyəsinə, ucalığına qaldırması ilə ölçülür”.

Münsiflər Heyətinin digər üzvləri Umud Rəhimoğlu, Rəhim Hüseynzadə və Azər Həsrət çıxış edərək, mükafatın aktuallığından və günümüzdə ona olan ehtiyacdan danışıblar. Anar Yusifoğlu isə çıxışında qeyd edib ki, gələcəkdə Mükafat Fondu da formalaşdırılacaq.

Daha sonra mükafatçılara plaketlər təqdim edildi. Mükafatçılar arasında professor Şirməmməd Hüseynov, BDU-nun jurnalistika fakultəsinin müəllimi Nəsir Əhmədli, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, fotoqraf Elxan Kərimov (ölümündən sonra), Lent.az xəbər portalının baş redaktoru Qabil Abbasoğlu, İTV-nin informasiya departamentinin direktoru Rauf Rəcəbov, “Trend”  İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev, “Azadinform” Agentliyinin baş redaktoru Niyaz Niftiyev, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin var.

Mədəniyyət kanalı, ATV, Lider TV, Region TV və Dünya TV telekanalları da Mirzə Cəlil ideyalarının təbliğindəki inkişafına görə münsiflər heyəti tərəfindən mükafatlandırıldı. Sonda münsfilər heyətinin üzvü, xalq şairi Sabir Rüstəmxanlı tədbirə verdiyi dəstəyə görə iş adamı Məlahət Qurbanovaya “Təşəkkürnamə” təqdim etdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar