Misir hakimiyyəti professordan üzr istəyib

Misir hakimiyyəti professordan üzr istəyib
Want create site? Find Free WordPress Themes and plugins.

Misir hakimiyyəti A320 təyyarəsini qaçırmaqda adı hallanan professor İbrahim Samahdan üzr istəyib.

“A24.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Misir Baş nazirinin mətbuat xidməti xəbər yayıb.

Məlumatda deyilir ki, İ.Samahın adı səhvən təyyarə qaçırılması məsələsi ilə bağlı hallanıb.

Bundan başqa, Misirə məxsus sərnişin təyyarəsinin qaçırılmasında şübhəli bilinən Qahirədəki Amerika Universitetinin professoru İbrahim Samahinin həyat yoldaşı Misirin “ON-TV” kanalına müsahibəsində həyat yoldaşının təyyarəni qaçırması ilə bağlı məlumatları təkzib edib.

Qadın bildirib ki, həyat yoldaşı heç vaxt Kiprdə olmayıb. O qeyd edib ki, təyyarəni qaçıran şəxsə aid olan və KİV-də yayılan fotodakı şəxs həyat yoldaşı deyil. Qadın İ. Samahinin digər sərnişinlərlə birlikdə təyyarədən buraxıldığını söyləyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar