Misir Qətərdən sonra Türkiyəni hədəf göstərdi

Misir Qətərdən sonra Türkiyəni hədəf göstərdi
Want create site? Find Free WordPress Themes and plugins.

Misir prezidenti Əbdülfəttah əl-Sisi ərəb ölkələrini Türkiyəyə qarşı embarqo tətbiq etməyə çağırıb.

“A24.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Misir prezidentinin fikrincə, embarqolar rəsmi Ankaranın Qətərə verdiyi dəstək dayandırılana kimi davam etməlidir.

Təklifin Bəhreyn kralı Hamad bin İsa Əl-Xəlifə ilə Qahirədə keçirilən görüşdə səsləndirildiyi bildirilib.

KİV-in məlumatına görə, əl-Sisinin Türkiyəyə qarşı çağırış etməsinə səbəb prezident Rəcəb Tayyib Ərdoğanın onu tənqid etməsi olub. Misir prezidenti, həmçinin Türkiyəni “Müsəlman qardaşları”na dəstək verməkdə ittiham edib.

Xatırladaq ki, iyunun 5-dən etibarən Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri Yəmən, Liviya və Maldiv Adaları və digər dövlətlər Qətərlə diplomatik əlaqələri kəsib. Buna səbəb kimi Qətərin Bəhreynə qarşı apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsir göstərməsi və bu ölkənin daxili işinə qarışması, media vasitəsilə gərginliyi davam etdirməsi, terrorizmi dəstəkləməsi və İranla əlaqələrin qurulmasına kömək etməsini əsas səbəb kimi göstərilib.

Azvision.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar