Misir təyyarəsindəki bütün sərnişinləri azad olunub

Misir təyyarəsindəki bütün sərnişinləri azad olunub
Want create site? Find Free WordPress Themes and plugins.

Qaçırılan Misir təyyarəsinin bütün sərnişinləri azad olunub.

“A24.az”ın APA-ya istinadən verdiyi xəbərə görə, təyyarənin ekipaj üzvlərinin taleyi ilə bağlı hələlik məlumat yoxdur.

“Al-Arabiya” telekanalı öz mənbələrinə istinadən bildirir ki, təyyarədə partlayıcı qurğu olmayıb. Hazırda təyyarəni qaçıran şəxslə danışıqlar aparılır. Avialaynerin olduğu əraziyə hərbçilər gətirilib.

Yunanıstanın “Proto tema” qəzeti isə İ.Samahanın keçmiş həyat yoldaşının hazırda aeroporta aparıldığı haqqında məlumat yayıb. Təyyarəni qaçıran İ.Samaha Larnaka aeroportunun rəhbərliyinə həmin qadınla görüşmək istədiyini bildirib. Qadının hazırda Kiprdə yaşadığı bildirilir.

“Burc-əl-Ərəb” aeroportunun rəhbəri təyyarəni qaçıran şəxsin Atlanta universitetində müəllim işlədiyini istisna etmir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar