Misirdə erməniləri bıçaqlayan şəxs İŞİD tərəfdarı oldu

Misirdə erməniləri bıçaqlayan şəxs İŞİD tərəfdarı oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Misirin Hurqada şəhərində turistlərə hücum edən şəxs İŞİD terror qruplaşmasının göstərişi ilə hərəkət edib.

A24.Az xəbər verir ki, cinayətkar terrorçularla internet vasitəsilə əlaqə saxlayıb.

Saxlanılan şəxsin bu əməlinin motivləri bəlli deyil. Bəzi mənbələr cinayətkarın psixi xəstəlikdən əziyyət çəkdiyini iddia edir. Bəzi KİV-lər onun İŞİD ideologiyasının davamçısı olduğunu bildirir. Digər mənbələr isə məişət zəminində mübahisənin hücuma səbəb olduğunu qeyd edir.

Qeyd edək ki, ötən gün bıçaqla silahlanmış şəxs Hurqada şəhərindəki çimərlikdə əcnəbi turistlərə hücum edib. Nəticədə, iki almaniyalı qadın ölüb, Ermənistan, Çexiya və Rusiyadan olan 4 nəfər isə yaralanıb.

APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar