Mixael Şumaxerin oğlu çempion oldu

Mixael Şumaxerin oğlu çempion oldu
Want create site? Find Free WordPress Themes and plugins.

7 dəfə “Formula-1” çempionu olmuş əfsanəvi pilot Mixael Şumaxerin oğlu Mik vaxtından əvvəl Avropa “Formula-3” yarışlarının çempionu adını qazanıb.

A24.Az xəbər verir ki, 19 yaşlı Mik Şumaxer Almaniyanın Hokkenhaym mərhələsinin ikinci yürüşünü ikinci yerdə başa vuraraq vaxtından əvvəl çempionluğunu rəsmişəşdirib.

Qeyd edək ki, Mik keçən il bu yarışlarda debüt etmiş və yekun siyahıda 12-ci yeri tutmuşdu.

Onun atası 2013-cü ildə xizək sürərkən başından aldığı ağır zədədən sonra müalicəsini davam etdirir. Mixael Şumaxerin yaxınları müalicənin təfərrüatları barədə məlumat vermirlər. Miki dəstəkləmək üçün Hokkenhayma onun anası gəlmişdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar