Mobil telefon və pul oğurlayan şəxs tutuldu, kabelləri kəsib aparanlar axtarılır - VİDEO

Mobil telefon və pul oğurlayan şəxs tutuldu, kabelləri kəsib aparanlar axtarılır – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Masallı rayon Polis Şöbəsinə şəhərin Qaradağ küçəsində yerləşən mobil telefon mağazasından oğurluq edilməsi ilə bağlı müraciət daxil olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Masallı şəhər sakini Cavid Sadıqov saxlanılıb. Saxlanılan zaman Cavid Sadıqov törətdiyi əməli etiraf edib. O, mağazaya plastik qapının şüşəsini sındırmaq yolu ilə daxil olduğunu, oradan 2 ədəd mobil telefon və 55 manat götürdüyünü etiraf edib. Oğurlanan telefonlar ondan maddi sübut kimi götürülüb.

İstintaq zamanı Cavid Sadıqovun digər oğurluğu da üzə çıxıb. Məlum olub ki, o, Masallı rayonunun Şərəfə kəndindəki evlərdən birindən də 200 manat pulu oğurlayıb.

Şirvanda şəhər telefon şəbəkəsinin rabitə quyularından rabitə kabelləri kəsilərək oğurlanıb. Ötən gecə Şirvan şəhərinin Heydər Əliyev prospekti və Vaqif küçələrində yerləşən 7 rabitə quyusuna daxil olan oğrular oradan qurğuşun və misdən ibarət olan ana xətt kabellərini kəsərək oğurlayıblar. Nəticədə Şirvan şəhərinin bayramlı, Hacıqəhrəmanlı qəsəbələri və köhnə şəhər massivinə daxil olan 1000-ə qədər abonentin stasionar rabitə xətti kəsilib. Polis oğurluq edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir. //Xezerxeber.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar