Modanın 90 yaşlı “nənə” modelləri – FOTOLAR

Bütün dünyanı heyran buraxan, sosial mediada milyonlarla izləyicisi olan yaşlı dəb ikonlarını bir araya topladıq.

A24.az sizə yaşına rəğmən gənc qızlara meydan oxuyan, “gözəllik müvəqqətidir” deyimini yerdən yerə vuran yaşlı xanımları təqdim edir:

Jacquie Tajah Murdock

86 yaşına rəğmən hələ də o qədər gözəl bir bədənə sahibdir ki, Jacquie Tajah Murdock 2012-ci ildə “Lanvin ” markası üçün kameralar qarşısına keçib. Çəkilişdə geydiyi yaşıl rəngli geyimi ilə qızlara meydan oxuyan Tajahın İnstaqramda 442.000 izləyicisi var.

Baddie Valkie

88 yaşlı çılğın qadın… Sanki, heç zaman qocalmayacaq. Belə görünür ki, onda olan özünəinam çoxlarında yoxdur. O, gülərüzlüyü ilə İnstaqram fenomenidir.

y2

Lynn Dell

Şlyapa və saç ləçəkləri ilə bütünləşən Dell rəngli geyinməyi, gözəgirən aksessuarlar taxmağı sevir və mükəmməl görünməyin şərt olduğunu bildirir.

lyn

Ilona Royce Smithkin

Rəssam və eyni zamanda yazıçı olan Ilona Royce Smithkin 96 yaşındadır. Qabarıq makiajı və rəngli geyim stili ilə gənc nəslə ilham verən Smithkin “Melissa Hammel” mükafatı almış bir bədii filmə və 3 seriala imza atıb.

ilona

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR