“Moskva-İrəvan” avtobusunun sürücüsü həbs edilib

“Moskva-İrəvan” avtobusunun sürücüsü həbs edilib
Want create site? Find Free WordPress Themes and plugins.

Tula yaxınlığında qəzaya uğrayan “Moskva-İrəvan” avtobusunun sürücüsü 2 ay müddətinə həbs edilib.

Son məlumata görə, qəza nəticəsində 8 Ermənistan vətəndaşı ölüb, 46-sı isə xəsarət alıb.

“A24.az” xəbər verir ki, bu barədə “RİA Novosti”yə bölgənin DİN nümayəndəsi bildirib. Məlumata görə, Qarnik Arutyunyan hələlik şübhəli şəxs qismində istintaqa cəlb edilib. Onun 7 ilədək həbs cəzasına məhkum ediləcəyi gözlənilir.

Polisin məlumatına görə, Arutyunyan bu ilin iyununda Moskvada ciddi nasazlıqların olduğu halda nəqliyyat vasitəsini (“Higer” markalı avtobus) idarə etdiyinə görə məsuliyyətə cəlb olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar