“Moskva” univermağını oğurlayanlar kameraya düşdü - VİDEO

“Moskva” univermağını oğurlayanlar kameraya düşdü – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Martın 29-dan 30-a keçən gecə “Moskva” univermağında oğurluq hadisəsi baş verib. Oğrular üzlərini təhlükəsizlik kamerasından gizlətmək üçün qara maskada olublar.

Satıcılardan verilən məlumatlarda Bakının Nəsimi rayonu, Cavadxan küçəsi, 5 ünvanında yerləşən univermaqdan təxminən 300 min manat dəyəri olan qızıl-zinət əşyasının oğurlandığı bildirilib. Qeyri-rəsmi olaraq əldə elədiyimiz başqa bir məlumatda qeyd edilib ki, hadisəni törədənlər iki nəfər olub. Faktla əlaqədar Nəsimi rayon Polis İdarəsində cinayət işi açılıb. Artıq 10-dan çox şəxs hadisə ilə bağlı dindirilmək üçün Nəsimi rayon Polis İdarəsinin 19-cu bölməsinə çağırılıb.

“A24.az” xəbər verir ki, “bizimyol.info” təhlükəsizlik kameralarına düşən oğruların yer alındığı video görüntünü əldə etməyə müvəffəq olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar