Moskvada azərbaycanlını bıçaqlayıb xəstəxanaya atdılar - FOTO

Moskvada azərbaycanlını bıçaqlayıb xəstəxanaya atdılar – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Moskva vilayətində Azərbaycan vətəndaşı qətlə yetirilib.

“A24.az”ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə noyabrın 13-də Moskva vilayətinin Naro-Fominsk rayonunda baş verib. Naməlum şəxs “Porshe” markalı avtomobillə yaralı şəxsi xəstəxananın qarşısına gətirib və sonra hadisə yerindən qaçıb.

Moskva vilayəti Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avtomobildə olan yaralı Azərbaycan vətəndaşı, 1981-ci il təvəllüdlü X.Nərimanov olub. Həkimlər onun üzərində bıçaq yaraları aşkar ediblər.

Azərbaycan vətəndaşının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hüquq-mühafizə orqanları hadisənin hansı şəraitdə baş verməsini araşdırırlar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar