Moskvada hava mənfi 35 dərəcəyə düşəcək

Moskvada hava mənfi 35 dərəcəyə düşəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Fövqəladə Hallar Nazirliyi Moskva sakinlərinə havanın temperaturunun mənfi 35-dək düşəcəyi ilə bağlı xəbərdarlıq edib.

“A24.az”ın xəbərinə görə, bu barədə TASS Rusiya FHN-ə istinadən məlumat yayıb. Bildirilir ki, yanvarın 7 və 8-də gecə saatlarında güclü şaxta gözlənilir.

Xəbərdarlıqda deyilir ki, belə havada yaşayış evlərində, inzibati binalarda yanğınların, şəhərin təminatı ilə məşğul olan kommunal və enerji sistemlərində qəzaların baş vermə ehtimalı artır. Bu da öz növbəsində sənaye müəssisələrinin fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

Moskvalılara və qonaqlara küçələrdə uzun müddət qalmamaq, sükan arxasında olanlara isə uzaq səfərlərə çıxmamaq tövsiyə edilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar