Moskvada uşağın başını kəsən dayənin atası danışdı

Moskvada uşağın başını kəsən dayənin atası danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

Moskvada uşağın başını kəsərək qətlə yetirməkdə şübhəli bilinən dayə Gülçöhrə Bobokulova 2002-ci ildə psixiatrik xəstəxanada müalicə alıb.

“A24.az”ın məlumatına görə, bu barədə G.Bobokulovanın atası Bahrəddin Turayev “Gazeta.ru”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Bobokulova o zaman səslər eşitməyə, qəribə sözlər tələffüz etməyə başlayıb və xeyli aqressiv olub. Bundan sonra qadın xəstəxanada bir neçə gün müalicə alıb, sonradan simptomlar təkrarlandıqda, yenidən xəstəxanaya yerləşdirilib.

B.Turayev həmçinin qeyd edib ki, qızı heç vaxt məscidlərə getməyib, hicab geyinməyib və Quran oxumayıb.

Atasının sözlərinə görə, Bobokulova əvvəllər heç vaxt dayə kimi də çalışmayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar