Mosulda 200-ə yaxın İŞİD terrorçusu öldürülüb

İraqın Mosul şəhərinin İŞİD terror qruplaşmasının işğalından azad edilməsi üzrə aparılan əməliyyat zamanı 193 təşkilat yaraqlısı öldürülüb.

“A24.az” “report”a istinadən xəbər verir ki, əməliyyatda iştirak edən komandir Əbdüləmir Yarallah açıqlamasında şəhərin şərq hissəsində yerləşən Əs-Sukar məhəlləsinin azad edildiyini bildirib.

Onun sözlərinə görə, şəhərin cənubundakı Əd-Dubbat məhəlləsi ilə şimalındakı “7 Aprel” məhəlləsinin bir qismində də nəzarət bərpa edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR