Mourinyonun qara siyahısı: özü qalsa, onlar gedəcək

Mourinyonun qara siyahısı: özü qalsa, onlar gedəcək
Want create site? Find Free WordPress Themes and plugins.
Mövsümə uğursuz başlayan “Mançester Yunayted”də baş məşqçi Joze Mourinyonun başı üzərini “qara buludlar” alıb. Ona yönəlmiş tənqidlər “Nyukasl” üzərindəki qələbədən sonra müəyyən qədər azalsa da, gələcəyi sual altındadı.
A24.az xəbər verir ki, “Mançester Yunayted” Mourinyo ilə yollarını ayırmasa, bəzi ulduzları yola salmalı olacaq. Əsas problem Paul Poqba ilə bağlıdı. Portuqaliyalı mütəxəssislə yola getməyən fransız ulduz qışda “Barselona”ya keçmək istəyir.
Başqa bir ulduz futbolçu Luke Şavın mövsümün sonunda müqaviləsi başa çatır. Klub rəhbərliyi yeni müqavilə üçün hərəkətə keçsə də, Mourinyonun işinə davam etməsi halında o, komandadan gedəcək.
Getməsi gözlənilən futbolçulardan biri də Antoni Martialdı. Qapıçı David de Gea da yeni müavilə imzalamaq istəmir. Həmçinin Xuan Mata, Ander Herrera, Eşli Younq və Pil Yones də komandadan gedə bilər.
Fanat.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar