MTRŞ efirlərdə siqaret çəkilməsi səhnələrinə yer verilməsinə münasibət bildirib

MTRŞ efirlərdə siqaret çəkilməsi səhnələrinə yer verilməsinə münasibət bildirib
Want create site? Find Free WordPress Themes and plugins.

Televiziyaların efirində siqaret çəkilməsi ilə bağlı məsələ Milli Televiziya və Radio Şurasının (MTRŞ) həyata keçirdiyi monitorinqlərin predmetidir.

A24.Az bu barədə  MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov istinadən bildirib.

T.Dadaşov deyib ki, bununla bağlı müvafiq arayışlar hazırlanır: “Yayımçıların müvafiq qanunun icrasına adaptasiya prosesi gedir. Bu mənada hələ də efirlərdə müəyyən nöqsanlara yol verilir. Lakin bu cür halların kütləviləşməsinə imkan verilməyəcək”.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə ötən il qüvvəyə minmiş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna əsasən, televiziya və videofilmlərdə, televiziya, video və kinoxronika proqramlarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağandır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar