Mübariz Mənsimov Zəhranın ölümündən danışdı

Mübariz Mənsimov Zəhranın ölümündən danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanlı biznesmen Mübariz Mənsimov iyulun 4-də ermənilərin vəhşicəsinə qətlə yetirdiyi 2 yaşlı Zəhra Quliyevadan danışıb.

A24.Az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Mənsimov hadisəni terror və faşizm adlandırıb:

“İrqindən, dinindən və milliyətindən asılı olmayaraq heç kim bu hadisəyə sadəcə Azərbaycan xalqının problemi kimi baxmamalıdır. 2 yaşlı uşaq vəhşicəsinə qətlə yetirilib. Bu əməl cəzasız qalmamalıdır. Bu, insanlığa sığmayan hücumdur. Bütün dünya bunu görməli, bilməli və səssiz qalmamalıdır. Belə tragediyalarınn qarşısı alınmalıdır. Mən Mübariz olaraq buna belə ad verə bilərəm: Terror və faşizm!”

Qeyd edək ki, Mənsimovun açıqlaması Türkiyə mətbuatında bir çox saytda dərc edilib. Həmçinin, Zəhranın qətlə yetirilməsi 2 gündür Türkiyə mediasında da geniş şəkildə yayımlanır.

Xatırladaq ki, 2 yaşlı Zəhra Quliyeva iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar