Mübariz Qurbanlı Gəncədə icra başçısına edilən sui-qəsdən danışdı

Mübariz Qurbanlı Gəncədə icra başçısına edilən sui-qəsdən danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

“Gəncədə icra başçısına qarşı törədilən cinayət birbaşa terror aktıdır. Bunu təşkil edənlərin, arxasında duranların qarşılarına qoyduğu əsas məqsəd ölkədə ictimai-siyasi sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır”.

“A24.az”ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Mübariz Qurbanlı bildirib ki, Azərbaycan güclü dövlətdir, kimlərsə bu cür hadisələrlə ictimai-siyasi sabitliyi poza bilməz:

“Bunu din adı altında edənlər əslində dini təhrif edirlər. Çünki bu, dinə aid məsələ deyil. Məsələnin arxasında kimlərin və hansı məqsədlərin dayandığı hər kəsə bəllidir. Hüquq-mühafizə orqanları araşdırma aparır və nəticə hər kəsə aydın olacaq. Əminəm ki, bu məsələdə əli olan hər kəs layiqli cəzasını alacaq. Bunun arxasında duran xarici və ya daxili dairələr varsa, onlar da ifşa olunacaq. Bəziləri bu hadisəni yanlış yerə yozur. Artıq hadisənin mahiyyəti bəllidir. Gəncədə terror aktını törədənlərin kimliyi, onları müdafiə edənlər ortadadır. Bu, yalnız Azərbaycanın əleyhinə çıxış edən qrupların işidir. Onlar öz istəyinə nail olmayacaq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar