Mübariz Qurbanlıdan Bakı İslam Universitetinin bağlanmasına münasibət

Mübariz Qurbanlıdan Bakı İslam Universitetinin bağlanmasına münasibət
Want create site? Find Free WordPress Themes and plugins.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı İslam Universitetinin bağlanması məsələsinə münasibət bildirib.

“A24.az” xəbər verir ki, Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında Azərbaycanda məscidlərinin sayının artması ilə əlaqədar din sahəsində çalışan kadrlara ehtiyac olduğunu və Bakı İslam Universitetinin, eləcə də mədrəsələrin bu boşluğu doldurmaqda kifayət qədər fəaliyyət göstərdiyini deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycan çoxkonfessiyalı ölkədir və burada yalnız İslama deyil, digər dinlərə aid kadrlar hazırlanmalıdır.

O vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə görə ölkədə dini məbədlərdə çalışan şəxslər Azərbaycan vətəndaşı olmalıdır, eyni zamanda təhsillərini Azərbaycanda almalıdırlar: “Buna görə də, Prezident İlham Əliyev İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb və institut bu sahədə olan vəzifələri yerinə yetirəcək”.

Dövlət Komitəsinin sədri bildirib ki, burada İslamla yanaşı, digər dinlərə aid kadr hazırlığı həyata keçiriləcək: “Bu cür məsələ ortada olduğuna görə Qafqaz Müsəlmanları İdarəsi təsisçi olaraq Bakı İslam Universitetinə gələn ildən qəbulun dayandırılması barədə qərar verib. 2, 3 və 4-cü kursda təhsil alan tələbələr öz təhsillərini başa çatdırana qədər Bakı İslam Universiteti öz fəaliyyətini davam etdirəcək. Dövlət İmtahan Mərkəzi bu il Bakı İslam Universitetinə qəbul olunan tələbələrin ayrı-ayrı təhsil ocaqlarına bölüşdürülməsi istiqamətində tədbirlər həyata keçirib və bu tələbələrin bəziləri də İlahiyyat İnstitutunda təhsillərini davam etdirəcəklər”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar