Müdafiə naziri təlimlər keçirilən bölgəyə gedib

Müdafiə naziri təlimlər keçirilən bölgəyə gedib
Want create site? Find Free WordPress Themes and plugins.

 Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən təlimlərə rəhbərlik etmək üçün müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlər keçirilən bölgəyə gedib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri və Nazirliyin digər rəhbər heyəti hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, qarşısına gül dəstələri qoyaraq hörmət və ehtiramlarını ifadə ediblər.

Sonra general-polkovnik Z.Həsənov müxtəlif poliqonlar və təlim sahələrində keçirilən təlimin senarisinə uyğun olaraq qarşıya qoyulan məqsəd və vəzifələr barədə məruzələri dinləyib.

Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə və təlim iştirakçılarına bir daha çatdıran müdafiə naziri genişmiqyaslı əməliyyat-taktiki təlimlərin təşkili və keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar