Müdafiə Nazirliyi erməni tərəfinə meydan oxudu: "Əgər "təkzibolunmaz sübutları" varsa..."

Müdafiə Nazirliyi erməni tərəfinə meydan oxudu: “Əgər “təkzibolunmaz sübutları” varsa…”
Want create site? Find Free WordPress Themes and plugins.

Qoşunların qarşıdurma xəttində vəziyyəti gərginləşdirmək məqsədilə erməni tərəfi dezinformasiya yaymaqda davam edir.

Erməni tərəfi cari ilin dekabr ayının 29-da törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə guya dövlət sərhədində növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətə uyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən A24.Az-a daxil olan məlumatda deyilir. Nazirlik bildirir ki, əgər erməni tərəfinin “təkzibolunmaz sübutları” varsa, təqdim etsinlər.

Rəsmi olaraq bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, gündəlik xidməti fəaliyyətini davam etdirir və əməliyyat şəraitinə tam nəzarət edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar