müdafiə nazirliyi

Müdafiə Nazirliyindən gecə cəbhədə baş verənlərlə bağlı AÇIQLAMA: “Düşmənlə qarşıdurma xəttində…

Azərbaycan Müdafiə Nazirliyi gecə cəbhədə baş verən döyüşlərlə bağlı açıqlama yayıb. Düşmənlə təmas xəttində vəziyyətlə bağlı sorğumuza cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər ki, Ermənistan silahlı bölmələrinin təxribatlarının qarşısı qətiyyətlə alınır. Düşmənlə qarşıdurma xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir.

Qeyd edək ki, ötən gün axşam saatlarında işğal edilmiş Dağlıq Qarabağdakı erməni ordusunun üçüncü müdafiə mövqeyində (Martuni) döyüşlər getdiyi barədə virtualaz.org saytı məlumat yayıb.

Saytın xüsusi müxbiri Vahan Martirosyanın verdiyi xəbərə görə, erməni tərəfi itki verib. Belə ki, erməni ordusunun bir hərbi qulluqçusu öldürülüb, doqquzu isə yaralı halda Xankəndinin hərbi hospitalına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Daha sonra Novosti Armeniya-nın əməkdaşı ilə söhbətində Ermənistan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Kliniki Hospitalının rəisi Aram Asaturyan deyib ki, həqiqi hərbi xidmətin iki qulluqçusu- 19 yaşlı Karapet Mikaelyan və 24 yaşlı Kadjik Badalyan həqiqətən də onların hospitalına köçürülüb. Karapet Mikaelyan baş nahiyəsindən yaralanıb, Kadjik Badalyan isə qarın hahiyəsindən güllə yarası alıb, onun sağ ombası zədələnib.

Daha bir yaralı hərbi qulluqçu, 32 yaşlı Qaqik Poqosyan Xankəndi hospitalındadır.

Xankəndi hərbi hospitalından verilən məlumatda ağır yaralanmış erməni hərbi qulluqçularının ikisinin adı açıqlanıb.

Bunlar 1984-cü il təvəllüdlü Poqosyan Qaqik Valeryanoviç və 1993-cü il təvəllüdlü Badalyan Kadjik Zaxvroviçdir.

İnformasiyaya əsasən, Poqosyan artıq vertolyotla Yerevan hospitalına göndərilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR