Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edildi - FOTOLAR

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edildi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov bu gün dəfn edilib.

“A24.az” xəbər verir ki, dəfn mərasimi Y.Camalovun Bakıda yaşadığı evində keçirilib.

Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri, mərhum nazirin doğmaları ştirak ediblər.

Mərhum Şüvəlan qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Y.Camalov uzun müddət ağır xəstəlikdən əziyyət çəkirdi.

Y.Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. 1972 – ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972 – 1989- cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989 – 1995 – ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995 – 2003 – cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006 – cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006 – cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi naziri təyin edilib və ötən döv ərzində 3 dəfə yünidən bu vəzifəyə təyin olunub.

Y.Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar