Müəllim olmaq istəyənlər üçün SON ŞANS - NAZİRLİKDƏN AÇIQLAMA

Müəllim olmaq istəyənlər üçün SON ŞANS – NAZİRLİKDƏN AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

İyulun 19-da Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim olmaq istəyənlər üçün sonuncu elektron sınaq imtahanı keçirəcək.

Təhsil Nazirliyindən A24.Az-a bildiriblər ki, sınaq imtahanları həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulub. İmtahanlar Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə elektron imtahan mərkəzində təşkil olunacaq.

Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan başa çatan zaman dərhal öz nəticələrini görə bilirlər.

Qeyd edək ki, Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi cari ilin aprelindən başlayaraq müəllim olmağa hazırlaşanlar üçün elektron sınaq imtahanları keçirir. İmtahanlarda ölkəmizin bütün bölgələrindən müəllim olmaq istəyən şəxslər iştirak edirlər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar